“ExxonMobil” 22,4 milyard zərərlə pandemiyanın ən çox təsir etdiyi neft-qaz şirkəti oldu

“ExxonMobil” 22,4 milyard zərərlə pandemiyanın ən çox təsir etdiyi neft-qaz şirkəti oldu
Baş qərargahı Texas ştatının İrving şəhərində yerləşən və ABŞ-ın ən tanınmış neft-qaz şirkəti "Exxon Mobil Corporation” (ExxonMobil) 2020-ci ildə pandemiyanın ən çox təsir etdiyi neft-qaz şirkəti olub.

Sfera.az-ın şirkətin mediaya hesabatlara əsasən verdiyi məlumata görə, "ExxonMobil” 2020-ci ili 22,4 milyard dollar zərərlə başa vurub.

Bu, şirkətin 1998-ci ildən bu yana ilk maliyyə itkisi kimi dəyərləndirilib. "ExxonMobil” 2019-cu ildə əldə etdiyi 14,3 milyard dollar mənfəətə qarşı, 2020-ci ilin bütün rübləri üzrə zərərlə işləyib.

Bildirilib ki, il boyu şirkət ən böyük maliyyə itkisi ilə 2020-ci ilin dördüncü rübündə qarşılaşıb. Təkcə ötən ilin son üç ayı ərzində şirkət 20 milyard dollar zivarında maliyyə itkisi ilə üzləşib.

Şirkətin icraçı direktoru Darren Vuds 2020-ci ili "ExxonMobil” üçün ən çətin bazar şərtləri təqdim edən il kimi dəyərləndirib.

Qeyd edək ki, 2020-ci ildə pandemiyanın ən çox təsir etdiyi neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlər arasında "ExxonMobil” ilə yanaşı BP və "Royal Dutch Shell” şirkətlərinin də adı var.


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...