“Expressbank”ın vəziyyəti məlum oldu

“Expressbank”ın vəziyyəti məlum oldu
 

"Expressbank” ASC 2019-cu ilin 1-ci rübünü 1 milyon 336 min manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin 1-ci rübünü 749 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, Bankın xalis mənfəəti 78,4 faiz artıb.

GƏLİRLƏRİ ARTIB

2019-cu ilin yanvar-mart dövründə "Expressbank”ın cəmi gəlirləri 12 milyon 858 min manat, cəmi xərcləri 11 milyon 521 min manat təşkil edib. Gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 336 min manat mənfəəti qalıb. Bank ilk rübdə mənfəət vergisi ödəməyib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin 1-ci rübündə "Expressbank”ın cəmi gəlirləri 10 milyon 689 min manat, cəmi xərcləri 9 milyon 941​ min manat, mənfəəti 749 min manat təşkil etmişdi.

HƏM FAİZ, HƏM DƏ ƏMƏLİYYAT GƏLİRLƏRİ ARTIB

2018-ci ilin 1-ci rübündə "Expressbank”ın faiz gəlirləri 7 milyon 231 min manat, qeyri-faiz gəlirləri (əməliyyat gəlirləri) 2 milyon 387 min manat ikən, 2019-cu ilin 1-ci rübündə faiz gəlirləri 9 milyon 318 min manat, qeyri-faiz gəlirləri 3 milyon 540 min manat təşkil edib. 


OXŞAR XƏBƏRLƏR