\"Expressbank\"ın İdarə Heyətinə 2 yeni təyinat

\
 

Expressbank" ASC-nin İdarə Heyətinə yeni üzvlər təyin edilib.

 

Sfera.az  xəbər verir ki, yeni üzvlər Teymur Ağakişiyev və Mehriban Ocaqquliyevadır.

 

Həmçinin Teymur Ağakişiyev Baş əməliyyat inzibatçısı, Mehriban Ocaqquliyeva isə Pərakəndə satış və biznesin inkişafı üzrə baş inzibatçı vəzifəsini icra ediləcəkdir.

 

Mehriban Ocaqquliyeva uzun müddətdir "Expressbank"da çalışır. O, bu ilin İyul ayında "Expressbank" ASC-nin Biznesin İnkişafı Departamentinə rəhbər təyin edilmişdi və vəzifəsinin icrasına Avqust ayında başlamışdı.

 

Teymur Ağakişiyev yeni vəzivəsindən əvvəl "Expressbank”da Ödəniş sistemləri və hesablaşmalar mərkəzinin rəhbəri idi.

 

Hazırda Mehman Məmmədov "ExpressBank"da İdarə Heyəti Sədrinin vəzifələrini icra edir. Orxan Vahabov isə İdarə Heyəti Sədrinin müavinidir.


OXŞAR XƏBƏRLƏR