Expressbank nağd pul kreditinin illik faizini 17- ə endirdi.

Expressbank nağd pul kreditinin illik faizini 17- ə endirdi.

 

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən ölkənin aparıcı banklarından olan Expressbank müştərilərin nağd pul kreditini əldə etmək imkanını daha da rahatlaşdırdı. Artıq müştərilər 17% -dən başlayaraq 48 aya ödəmə imkanı olan 25.000 –dək nağd pul kreditini bankın istənilən filialına yaxınlaşıb rəsmiləşdirə bilərlər. Əmək haqqının on misli nağd pul üçün isə müştəridən zamin və girov tələb edilmir. Təhsil və tibb sahəsi üzrə çalışanlar isə nağd pul kreditini əmək haqqının 15 mislini zaminsiz əldə edə bilərlər. Sürətli şəkildə rəsmiləşdirilən nağd pul kreditini əldə edən hər bir müştəriyə Expressbank tərəfindən dünyanın istənilən nöqtəsində keçərli olan Smilecard taksit kartı da hədiyyə edilir.

Bununla yanaşı nağd pul kreditindən faydalanmaq istəyən müştərilər bankın filiallarına gəlmədən, vaxtına qənaət edərək online sifariş də edə bilərlər. ( //www.exb.az/loans/cash/ linkinə keçid alaraq kredit sifarişini reallaşdırmaq mümkündür. )

Expressbank həmçinin kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Müştərilər Expresspay ödəniş terminalları və www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə bilərlər.

Qeyd edək ki, pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...