“Express maarifləndirmə” layihəsinin məzunları artır

“Express maarifləndirmə” layihəsinin məzunları artır

Gənclərin yeni biliklər əldə etməsinə və bank fəaliyyətində ümumdünya təcrübəsi ilə yaxından tanış olmağına şərait yaratmaq məqsədini daşıyan Expressbank-ın "Express maarifləndirmə” layihəsinin 2019- cu ilin ilk 6 ayında təşkil etdiyi təlim və seminarlardan 300 nəfər faydalanıb.

 

Gənclərin, tələbələrin maarifləndirilməsi üzrə davamlı olaraq faydalı görüşlər təşkil edən Expressbank-ın nəzdində fəaliyyət göstərən Express İnkişaf Mərkəzinin bu layihəsi cari ilin yanvar ayından müxtəlif səpkidə mövzular üzrə maraqlı seminarlar, təlimlər təşkil etməkdə davam edir. Bu görüşlər hər ay bankın peşəkar mütəxəssislərinin iştirakı ilə baş tutur. Belə ki, Bankın Ödəniş sistemləri və hesablaşmalar mərkəzinin rəhbəri Teymur Ağakişiyev tərəfindən "Bank kartları”, Təlim və tədris şöbəsinin rəhbəri Faiq Musayev "Peşəkar CV”, Bankın Audit Komitəsinin Sədri Fazil Məmmədov tərəfindən "Bank fəlsəfəsi”, Bankın İnsan Resursları Departamentinin əməkdaşı Nurxan Babayev tərəfindən "Emosional intellekt” və "Peşəkar mütəxəssis”, Bankın Hüquq departamentinin rəhbəri Emil Xəlilov tərəfindən "Bank qanunvericiliyi” və Bankın Maliyyə departamentinin direktor müavini Fuad Məmmədli tərəfindən "Maliyyə savadlığı” və Bankın Texniki avadanlıqlara nəzarət şöbəsinin rəhbəri Səid Məmmədov və əməkdaşı İlqar Məmmədov tərəfindəm müxtəlif mövzularda təlimlər təşkil edilib.

Bank daxili təlimlərlə yanaşı, həmçinin Maliyyə Bazarlarına Nəzarət Palatasının təşkilatçılığı ilə Bakıda mayın 13-17-də təşkil edilən "Maliyyə və rəqəmsal texnologiyalar həftəsi"ndə "Fintex Sammit - Maliyyə və Texnologiyalar Sammiti” çərçivəsində Express İnkişaf Mərkəzində açıq qapı günü elan edilərək 40 nəfərə təlim təşkil edilib.

Expressbank-ın nəzdində fəaliyyət göstərən "Express maarifləndirmə” layihəsinin əsas hədəfi keyfiyyətli və tədris sahəsində ehtiyacları qarşılayan mərkəzə çevrilmək və potensialı olan gənclərin bank sahəsində təcrübə əldə edərək gələcəkdə daha böyük uğurlara nail olmalarına zəmin yaratmaqdır.

 

Layihənin davamı olaraq növbəti maarifləndirici təlimlər 26 iyulda baş tutacaq. Bankın İnformasiya Texnologiyaları departamentinin direktor müavini Şahin Kərimovun iştirakı ilə "Rəqəmsal texnologiyalar dövründə karyera” mövzusunda təlim təşkil ediləcək. Qeydiyyatdan 

keçən ilk 40 nəfər təlimdə iştirak şansı qazanacaq. İştirak etmək istəyənlər[email protected] elektron ünvanına CV formalarını göndərə bilərlər.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

east-theme-font:minor-latin;mso-bidi-font-family: "Times New Roman";mso-bidi-theme-font:minor-bidi;mso-ansi-language:AZ-LATIN; mso-fareast-language:EN-US;mso-bidi-language:AR-SA;mso-no-proof:yes'>Layihənin davamı olaraq növbəti maarifləndirici təlimlər 26 iyulda baş tutacaq. Bankın İnformasiya Texnologiyaları departamentinin direktor müavini Şahin Kərimovun iştirakı ilə "Rəqəmsal texnologiyalar dövründə karyera” mövzusunda təlim təşkil ediləcək. Qeydiyyatdan

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...

ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışladı

  “Biz Ermənistan və Azərbaycanın iki ölkə arasında sərhədin delimitasiyası üçün əsas kimi 1991-ci il Alma-Ata bəyannaməsini razılaşdırdıqları bar...

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...