Çexiya Senatının sədri vəfat edib
17:00 / 20.01.2020
4161
Çexiya Parlamenti Senatının spikeri Yaroslav Kubera 72 yaşında vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə Senatın "Twitter"dəki səhifəsində bildirilib.
Y. Kubera vəzifəsinin icrasına 2018-ci ildə başlamışdı. Spikerin ölüm səbəbləri barədə hələlik məlumat verilməyib. (apa)