“Əvvəlcə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə...” – Bakının İran siyasəti dəyişir

“Əvvəlcə xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə...” – Bakının İran siyasəti dəyişir
"Prezident "bizim addımlarımız məsuliyyətlidir, dostluq əlaqələrinə əsaslanandır” deyərək topu İranın meydanına atdı. Yəni rəsmi Tehran bundan sonra hansı addımı atsa, rəsmi Bakı buna səssiz qalmayacaq və İranın addımlarını dostluq indeksinə görə qiymətləndirib elə cavab verəcək”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli ötən gün Prezident İlham Əliyevin "Anadolu" agentliyinə verdiyi müsahibəsində İranla bağlı qeyd etdiyi məqamları şərh edərkən deyib.
 
Onun sözlərinə görə, Prezident İlham Əliyevin "Anadolu" agentliyinə verdiyi müsahibə əvvəlki müsahibələrindən müəyyən mənada fərqlənirdi:

"Ölkə başçısının İranla bağlı vurğuladığı məqamlar həm rəsmi Tehranın Bakının əsəblərini tarıma çəkdiyini, həm də ölkə başçısının mövcud vəziyyətlə barışmaq niyyətində olmadığını bir daha sübut edir. Xüsusilə, Prezidentin "hər ayın əvvəlində, bizdə məlumat toplanır ki, nə qədər İran TIR-ı Qarabağa daxil oldu, nə qədər TIR çıxdı, nə gətirdi, nə apardı. Onların qeydiyyat nişanlarına qədər bizdə bütün məlumatlar var. Onlar mətbuatda dərc olunub” sözləri ciddi mesaj xarakterli idi".

Politoloqun sözlərinə görə, ölkəmizin İrana münasibəti onların sərgilədiyi münasibətlə paralellik təşkil etməlidir:

"Tehran Bakı ilə mövcud gərginliyi aradan qaldırmaq istəyirsə, ilk növbədə Qarabağa təşkil edilən səfərləri dayandırmalı və ya bundan Bakını xəbərdar etməlidir. Əks təqdirdə Prezidentin də dediyi kimi, "birinci dəfə şifahi xəbərdarlıq, ikinci dəfə rəsmi nota, üçüncü dəfə postlar".

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...

Utancaqlıq sanırsınız, ancaq XƏSTƏLİKDİR - Qız övladı olanların DİQQƏTİNƏ! 

Mütəxəssislərin fikrincə, qızlara autizm diaqnozunu qoyulması oğlanlara nisbətən daha uzun çəkir, çünki qızlarda simptomlarda fərqliliklər olur.  &...

İlham Əliyev: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir.   Sfera.az-ın məlumatına görə, bu b...