“Əvvəl yoluxanlar 10 günə reanimasiyaya düşərək vəfat edirdisə, indi...” – Qorxunc açıqlama

“Əvvəl yoluxanlar 10 günə reanimasiyaya düşərək vəfat edirdisə, indi...” – Qorxunc açıqlama
Mütəxəssislər bildirir ki, son vaxtlar insanlarda koronavirusa yoluxub, sağaldıqdan sonra lgM anticismlərinin artması müşahidə olub.
 
Bundan başqa xəstəlik sonrası ağciyərdə müxtəlif problemlərin yarandığı, ağciyər xəstəliklərinin çoxaldığı iddia olunur.

Maraqlıdır, Azərbaycanda yoluxub, sağalan şəxslərdə sözügedən problemlər müşahidə edilirmi? Xəstəliyin patologiyasında nə kimi fərqlər var?
 
Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin müəllimi, cərrah Rauf Qasımov xəstəlikdən sonra bədəndə anticisimlərin yaranmasının normal hal olduğunu bildirib. Həkimin sözlərinə görə yoluxub sağaldıqdan sonra ağciyər xəstəliyinin olması müalicə prosesindən aslıdır:

"Xəstəlikdən sonra bədəndə anticisimlərin artması normal haldır, buna görə narahat olmağa dəyməz. Hər xəstəlikdən sonra G immunoqlobini bədəndə daha da artır. Ağciyər xəstəliklərinin artmasını isə müşahidə etməmişəm. Dəfəflərlə olub ki, koronavirusa yoluxub sağaldıqdan sonra insanları əməliyyat etmişik və müşahidə etmişik ki, ağ ciyərdə heç bir problem yoxdur. Ola bilər ki, ev şəraitində düzgün müalicə almayan şəxslərdə ağciyərdə problem yaransın. Həkim müşayiəti ilə xəstəlik prosedurunu keçirən şəxslərdə belə problemlər olmamalıdır".
 
R.Əliyevin sözlərinə görə hazırda xəstəliyin patologiyasında dəyişən yeganə anlayış ağırlaşmanın sürətlənməsidir:

"Xəstəliyin patalogiyasında ciddi dəyişiklik yoxdur. Sadəcə olaraq, xəstəliyin ağırlaşması prosesi daha sürətli gedir, xəstələr daha tez reanimasiyaya yerləşdirilirlər. Yəni, əvvəl yoluxanlar 10 günə ağırlaşıb, reanimasiyaya düşərək vəfat edirdisə, indi proses daha sürətli gedir, bir neçə günə artıq xəstəni reanimasiyaya yerləşdirməyə məcbur oluruq. Bundan başqa isə xəstəliyin patologiyasına hansısa dəyişiklik, məsələn, yoluxuculuğun artması və s. kimi hallar müşahidə olunmur".
 
Əzizə Zeynal
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR