Əvvəl qarət etmək istədi, sonra qucaqladı - VİDEO

Əvvəl qarət etmək istədi, sonra qucaqladı - VİDEO
 Bilyard klubunu qarət etmək istəyən oğru fikrindən daşınaraq, onu tanımış bufetçini qucaqlayıb. 
 
Sfera.az bildirilir ki, narkotik asılılığı olan Lyuk Cons hadisə günü vaxtilə üzvü olduğu yerli bilyard klubunu soymaq qərarına gəlib. O, üzünü maska ilə örtərək, müəssisəyə silahlı basqın edib. Həmin vaxt bar masasının arxasında İvetta Smit təmizlik işləri aparırmış. Qadın ona silah tuşlamış gənci tanıyıb və "Lyuk, niyə belə edirsən?” deyə, ağlamağa başlayıb.
 
Bundan sonra Cons silahı kənara qoyub, maskasını çıxarıb və qıza təsəlli vermək üçün onu qucaqlayıb.
 
Polis idarəsində verdiyi ilkin ifadədə Cons zarafat etdiyini desə də, sonradan heroin üçün pul lazım olduğunu etiraf edib. Məhkəmə onun 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Bundan başqa, o, 15 il müddətində Smitə yaxınlaşa bilməz.
 
Məhkəmədə bildirilib ki, qadın yaxın qohumu özünü güllələyəndən sonra silahdan qorxub. Bu səbəbdən bilyard klubunda baş verənlər onun psixikasına ciddi zərər vurub və İvetta Smit hələ də özünə gələ bilməyib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...

Bakı və Abşeron yarımadasında 29 dərəcə isti oldu - FAKTİKİ HAVA

Aprelin 20-si saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə...

Hikmət Hacıye: "Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür"

ADA Universitetində təşkil edilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramının bağlanış mərasimi keçirilib.   Sfera.az xəbər verir ki, ...

Azərbaycanda prokuror VƏFAT ETDİ - FOTO

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, prokurorluğun Təşkilat və İ...

"Qazaxlı Alik"in oğlunun məhkəməsi BAŞLAYIR

Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən "Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır.   Sfera.az xəbər verir ki, onun barəs...

Bakıda 22 yaşlı qız qətlə YETİRİLDİ

Aprelin 20-də səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı ...