Evlilik verilişinə qatılan məşhur blogeri dodaqlarına görə təhqir etdilər - VİDEO

Evlilik verilişinə qatılan məşhur blogeri dodaqlarına görə təhqir etdilər - VİDEO

Məşhur rus bloger Aleksa Devil Birinci kanalda yayımlanan "Gəlin, evlənək” verilişində çıxış etdikdən sonra sosial şəbəkə qalmaqalının mərkəzinə düşüb.

Birinci kanalın yaydığı videodan da görünür ki, 52 yaşlı maşın kolleksiyaçısı olan evlilik namizədi Lyudviq blogeri görən kimi dəhşətə gəlir. O, hislərini belə ifadə edir:

"Aleksa, mən birinci dəfədir belə şey görürəm. Sözün düzü, sizdən qorxuram. Hətta yaxınlaşmaq istəmirəm... Dostlarım məni ələ salar. Deyərlər ki, Lyudviq kimin yanında dayanıb”.

Verilişdən sonra bloger "İnstagram” səhifəsində verilişin videosunu paylaşıb və qeyd edib:

"Bu məşhur verilişin çəkilişlərində iştirak etmək və aparıcılarla tanışlıq çox maraqlı oldu. Ən unudulmaz təəssüratları isə əlbəttə ki, Rusiya Federasiyasının Əməkdar artisti və sadəcə möhtəşəm qadın Larisa Quzeyeva bəxş etdi”.

Bundan sonra bloger rus kişiləri haqqında şikayətlənib. O deyib ki, rus kişilər qadının əxlaqsız hərəkətlərini 4 uşağı ayrı-ayrı kişilərdən dünyaya gətirməyi, internet vasitəsilə bədənini satışa çıxarmağı bağışlayırlar, amma böyük dodaqları bağışlaya bilmirlər.

Verilişin aparıcısı Larisa Quzeyeva da gedişatda qeyd edib ki, Lyudviq sadəcə Aleksadan qorxur, çünki balaca ağzı ilə onu öpə bilməyəcək. (oxu.az)


 


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...