Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb

Evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb

Martın 24-30-da Bakı və respublikanın bölgələri üzrə vətəndaşlar tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - Çağrı Mərkəzinə 20 min 253 müraciət daxil olub.


Sfera.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən APA-ya verilən məlumata görə, onlardan 4555-ni sosial xidmətlərin göstərilməsi ilə bağlı müraciət təşkil edib.


Müraciətlər əsasında 2208 nəfərin tənha, yaşı 65-dən yuxarı şəxs olduğu nəzərə alınmaqla, onlara sosial xidmətçilər tərəfindən evlərində sosial məişət xidmətlərinin göstərilməsinə başlanılıb.


 

Beləliklə, evlərində sosial xidmətlərlə təmin olunanların sayı 11 700-ə çatıb.


Həmin vətəndaşlara könüllülərin də dəstəyi ilə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.


OXŞAR XƏBƏRLƏR