Evinizdəki BU ƏŞYA Koronavirusu sürətlə yayır

Evinizdəki BU ƏŞYA Koronavirusu sürətlə yayır
Çində alimlər bu ilin yanvar ayında kondisioner vasitəsilə doqquz nəfərin koronavirusa yoluxduğunu müəyyən ediblər.
 
Sfera.az medicina.az-a istinadən bildirir ki, koronavirusu simptomsuz keçirən xəstəyə aid mikrodamcılar kondisioner vasitəsilə digər şəxslərə ötürülüb.

Həmin şəxslər 2 metrdən çox məsafədə uzaq olmasına baxmayaraq, restoranda olan doqquz nəfər COVID-19-a yoluxub.
Bununla da, kondisionerin virusu daha sürətlə yaydığı qənaətinə gəlinib.

Qarşıdan gələn isti aylarda ofis, market və evlərdə kondinsioner istifadə olunacağını nəzərə alsaq, koronavirusun bu yolla ətrafda olan hər kəsə virus damcılarını ötürəcəyini düşünmək olar.


OXŞAR XƏBƏRLƏR