Evini tərk edən korona xəstəsi saxlanıldı

Evini tərk edən korona xəstəsi saxlanıldı
Göyçayda yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi aşkarlanıb.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Göyçay şəhər sakini Xasi Məmmədov COVİD-19 daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub. Ancaq o, evdə özünü təcrid etməli olduğu halda, karantin qaydalarını pozaraq, ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR