Evini subay oğlanlara kirayələmək istəməyən ev sahibi CƏRİMƏLƏNDİ

Evini subay oğlanlara kirayələmək istəməyən ev sahibi CƏRİMƏLƏNDİ
Türkiyədə evini subay oğlanlara kirayələmək istəməyən sahibkara cəza verilib.
 
Sfera.az bildirir ki, bu barədə Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatı (TİHEK) qərar verib. Belə ki, Kırklarelidə yaşayan bir şəxs internetdə gördüyü kirayə ev elanı üçün sahibkara zəng edib. Ev sahibi "oğlanlara və tələbələrə ev vermirik”, - deyə bildirib. Nəticədə gənc adam ayrı-seçkiliyə məruz qaldığını əsas gətirərək TİHEK-ə müraciət edib.

Ev sahibi bildirib ki, ərizəçiyə evin yerləşdiyi binanın ailə mənzili olduğunu və evli olan şəxslərə icarəyə vermək istədiyini söyləyib. Müraciəti qiymətləndirən TİHEK  "ailə durumu” və "cins” ayrı-seçkiliyi qadağasının pozulduğuna, o cümlədən ev sahibinə 4 min lirə inzibati cərimə tətbiq edilməsinə və bu cərimənin xəbərdarlıq cəzasına çevrilməsinə qərar verib.

Qurum, həmçinin Konstitusiyanın 10-cu maddəsinə əsasən, hər kəsin qanun qarşısında bərabər olduğunu əlavə edib.  

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...