Evi olmayanlara şad xəbər - VİDEO

Evi olmayanlara şad xəbər - VİDEO
2022-ci ildə bir çoxları mənzil sahibi ola biləcək. Çünki, Dövlət İpoteka Fondu 2022-ci ildə güzəştli kreditlərin verilməsi üçün banklara limitlər ayırıb. Limitlər yaxın günlərdə aktivləşdiriləcək. Bəs dövlət büdcəsindən güzəştli ipoteka kreditləri üçün nə qədər vəsait ayrılıb və ipoteka mənzil sahibi olmaq istəyənlərin əhatəsi dairəsi kimlərdən ibarət olacaq?

Sfera.az xəbər verir ki, bu il güzəştli ipoteka kreditləri üçün daha çox vəsait ayrılacaq.

Vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri üçün İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsait ötən il 80 milyon manat təşkil edirdisə, bu il bu rəqəm 20 faizə qədər artırılıb. İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, Fond ötən illə müqayisədə bu il güzəştli kreditlər üçün daha çox vəsait ayıra biləcək.

Ekspertin sözlərinə görə, dövlət büdcəsindən Fonda ayrılan vəsaitin artırılması ipoteka kreditlərinin həcminə də təsirsiz ötüşməyəcək.

Fonddan "Xəzər Xəbər"ə verilən məlumata görə, 2022-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb. Bildirilib ki, limitlərin aktivləşdirilməsi yanvarın 17-si saat 11:00-da başlayacaq. Qeyd edək ki, fondun xətti ilə indiyədək 36 min 817 ipoteka krediti verilib. Bu kreditlər üzrə məbləğ isə 2 milyard 168 milyon 99 min manatdır.
 


OXŞAR XƏBƏRLƏR