“Evə gətirəndə gördüm ki...” - “İrşad Electronics”-dən televizor alan şikayətçi

“Evə gətirəndə gördüm ki...” - “İrşad Electronics”-dən televizor alan şikayətçi

Elşən Nəbioğlu adlı Facebookdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.

 

Sfera.az onun şikayət məktubunu oxucularına təqdim edir:


"Şikayətim "İrşad Electronics” mağazalar şəbəkəsindəndir. Aprelin 22-i JVC markali 108 ekran TV sifariş verdim, Sifariş online edildi. Karantinlə bağlı dükanlar bağlı olduğundan, sifarişim aprelin 25-i gəldi, çatdırılma xidməti gecikdiyindən, işimizi yubatmamaq üçün televizoru bizə yaxın bir yerdən özümüz gedib götürdük.”


Evdə xoşagəlməz sürprizlə qarşılaşdığını bildirən şikayətçi fikrini belə davam etdirir: "Evdə televizoru açıb baxanda ekranında şəkildə gördüyünüz xətti aşkar etdim və aprelin 26-sı televizoru texniki servisə aparıb, qaytarilmasini ya da dəyişdirilməsini tələb etdim. Servisin işçisi 20 dəqiqəyə yaxin televizoru silib təmizlədi və sonda oturacaq hissəsində, korpusunda cızıq aşkar etdi. Halbuki, televizorun ayaqlarını heç taxmamışdım da. Bu mənə aid problem deyil, mən televizoru ekranındakı cızığa görə gətirmişdim servisə”.


 

Aldığı məhsuldan razı qalmadığı üçün onu qaytarmaq, yaxud dəyişdirmək istəyən şikayətçi heç gözləmədiyi və onu əsla qane etməyən bir təklif aldığını bildirir məktubunun sonunda: "Aprelin 28-i telefonuma mesaj gəldi ki, "cihazniz hazirdir”. Servisə getdik, dedilər, ekrani dəyişə bilərik.

Bircə gün belə işlətmədiyim televizorun ekranini niyə dəyişməlidirlər axı?! Belə şey olmaz. Mənə aid olmayan bir qüsur-televizorun korpusundakı ciziq mənim boynuma niyə qoyulmalıdir!?”

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sülh yolu ilə yola salınan SÜLHMƏRAMLILAR: Rəsmi Bakının növbəti diplomatik uğuru!

Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması tarixi hadisədir desək, yəqin yanılmarıq. Bu, həm xalqın, həm də ölkə başçısı,...

107 yaşlı kişi uzunömürlülüyün SİRRİNİ AÇIQLADI 

Böyük Britaniyanın 107 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzun ömür sürməyin sadə sirrini açıqlayıb.  Sfera.az xəbər verir ki, bu barədə...

Lalə Azərtaşın verilişi bu tarixdə BAĞLANACAQ

Xəzər Televiziyası may ayından "Təsir dairəsi" verilişinin efir vaxtını qısaldacaq, sentyabrdan isə veriliş bağlanacaq.   Sfera.az bildirir...

Türkiyə XİN İsraillə İrana ÇAĞIRIŞ ETDİ

Türkiyə İsraillə İranı və onların tərəfdarlarını daha böyük münaqişəyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.   Sfera.az-ın verdiyi xəbərə ...

Hüquqi şəxslər “Expressbank”dakı vəsaitlərini çıxarır – Bank kiçilib

Azərbaycanın özəl kommersiya banklarından olan “Expressbank”dan 2024-cü ilin birinci rübü ərzində hüquqi şəxslər böyük məbləğdə vəsaitlərini götürüb...

Milli Məclisin növbəti iclası bu tarixdə KEÇİRİLƏCƏK

Milli Məclisin növbəti iclası 23 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sah...