Evdən çıxan vətəndaşlar SMS-lə icazə alacaq - RƏSMİ + VİDEO

Evdən çıxan vətəndaşlar SMS-lə icazə alacaq - RƏSMİ + VİDEO
 

"Vətəndaşların evdən çıxması ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər artıq öz həllini tapıb. Yaxın zamanlarda bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Sfera.az bildirir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev bildirib.

Onun sözlərinə görə, hər bir vətəndaşın hərəkətləri polis əməkdaşlarında olan elektron cihazlar vasitəsilə izləniləcək: 

 

"Yəni vətəndaş evdən çıxarkən müəyyən nömrəyə zəng etməklə və ya SMS göndərməklə evdən çıxmasının səbəbini izah edəcək. Məlumatı qəbul edən qurum bunu bütün polis orqanlarında olan planşetlərə ötürəcək.

Əhali küçədə saxlanılarkən polis əməkdaşları həmin planşetə baxaraq, vətəndaşın evdən çıxmasına icazənin verilib-verilməməsini müəyyənləşdirəcək”.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov qeyd edib ki, bu barədə yaxın saatlarda sərəncam veriləcək.



OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...