Evdə koronalı xəstələrə bu dərman verilmir - FOTO

Evdə koronalı xəstələrə bu dərman verilmir - FOTO
Tanınmış həkim Qalib Əsədov Azərbaycanda evdə müalicə alan koronaviruslu xəstələrə verilən dərmanlar arasında antiviral preparatların olmamasından şikayət edib.

Sfera.az xəbər verir ki, Q.Əsədov sosial şəbəkə hesabında Türkiyədə və Azərbaycanda evdə müalicə alan COVİID-19 xəstələrinə pulsuz verilən dərman preparatlarının müqayisəli şəklini paylaşıb. O bildirib ki, bu dərmanlar apteklərdə əlçatan olmalıdır:

"Birinci şəkildə evdə müalicə olunan COVİD-19 xəstəsinə Türkiyədə verilən müalicə paketidir. Göründüyü kimi, bu xəstələrdə effekti sübut olunan antiviral preparat da (favicovir) qoyulub. İkinci şəkildə Azərbaycanda evdə müalicə olunan xəstəyə verilən müalicə paketidir. Heç bir antiviral dərman yoxdur.

Heç olmasa, apteklərə verin, insanlar öz pulu ilə alsınlar. "Bizdə bu dərmanı tapmaq mümkündür” deyənlərlə tam razıyam. Bəzən 500-600 manata tapmaq olur. Amma düzü, yerini mən də bilmirəm. Sadəcə, belə eşitmişəm”, - o bildirib.

Məsələ ilə bağlı saytımız Səhiyyə Nazirliyinə sorğu göndərib.
 



OXŞAR XƏBƏRLƏR