Evdə internet, WIFI hamilə və körpələrə ziyandır: Dölün beyninə təsir edir

Evdə internet, WIFI hamilə və körpələrə ziyandır: Dölün beyninə təsir edir
 Hazırda Azərbaycanda simsiz, naqilsiz internet qoşulmalarına tələbat ən yüksək həddi keçib, hətta şəhərdən uzaq bölgələrdə də insanlar bəzən çörəkdən çox internetin olmasınn qeydinə qalır. 

Medicina.az xəbər verir ki, İsrail, Fransa, Londonda bağça və məktəblərdə  WiFi və mobil telefonlar qadağan olunduğu bir vaxtda bizim evlərimizdə, hətta cəmi 30-40 kv metrlik mənzillərdə simsiz internet provayderləri quraşdırılır, mikrodalğalı sobasız iş keçmir, ailədə azı 3-4 mobil telefon var...

Dünya sağlamlıq təşkilatları hamilə və yeni doğulmuş uşaqların birmənalı olaraq WiFi və modemlərdən uzaq durmasını tövsiyə edir.

"50 il sonra biz kədərlə insanlığın sağlamlığı üçün  modem, telefon və digər maqnit dalğaları yayan avadanlıqların necə təhlükələrə yol açdığını anlayıb təəssüflənəcəyik. Amma geri qayıtmaq üçün gec olacaq”.

Araşdırmalara görə, hamilə qadın və uşaqlar civə, xlorofom, insektisid DDT kimi zərərli elementlərin təsirinə məruz qala bilər. 

250 konsaroqen maddələr  siyahısında elektromaqnit sahəsi yaradan radiodalğalar da yer alıb. Bunlar mikrodalğalı soba, mobil telefon, internet, wifi-dır.

Hamilə qadınlar və uşaqlar böyüklərə nisbətən elektromaqnit dalğalarını daha çox "udur”,  ana bətnindəki körpə isə bu dalğalara daha həssadır və elektriklə bağlı istənilən siqnalı yüksək dozada tutur. Bu onunla izah olunur ki, böyük adamın sümük əzələ sistemi, kəllə örtüyü qalın olur və dalğaların müəyyən faizi təsir edir. Bətndəki dölün və yeni doğulmuşların baş kəllə sümüyü hələ zəif, əmgəyi açıq olur. Ona görə maqnit dalğalarının kəllə sümüyündən asanlıqla keçib beyinə nüfuz etməsi çox asandır. 

Bu səbəbdən hamilə olduğunu bilən gündən qadın:

-Yatdığı, yemək yediyi otaqda modem, wifi olmamasına çalışmalı
-Mikrodalğalı sobadan uzaq durmalı, onda yemək qızdırmamalı
-Mobil telefondan yalnız zəruri hallarda istifadə etməli, telefonla danışıq 5 dəqiqəni keçməməli
-Hamilənin çarpayısı yanında elektrik avadanlıq, telefon, "zaryadka”ya qoşulu hər hansı qurğu olmamalı
-Telefonu, noutbuku qarın və sinədə tutub istifadə etməməlidir.

Yeni doğulmuş və 12 yaşa kimi uşaqlarınızı da WiFi, modem və telefonlardan uzaq tutmaq zəruridir.
 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası İNŞA EDİLƏCƏK

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır ...

Hansı qida məhsullarını daha çox istehlak edirik? - STATİSTİKA

Azərbaycan əhalisinin ötən il ərzində qida məhsullarının istehlakına dair statistikası açıqlanıb.  Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəb...

Prezidentlər mətbuata bəyanatlarla çıxış ETDİLƏR - VİDEO - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. &nbs...

İlham Əliyev: "Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk"

Azərbaycanı və Mərkəzi Asiyanı əsrlər boyu əməkdaşlıq və dostluq münasibətləri birləşdirir.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan Respublikasını...

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...