“Ev yıxandan, fahişənin...” - Müşfiq Abbasov od püskürdü

“Ev yıxandan, fahişənin...” - Müşfiq Abbasov od püskürdü

"Bu şəhərdə”nin prodüsseri, ssenarist Müşfiq Abbasov mənzil qalmaqalı ilə yenidən gündəmdədir.

Sfera.az xəbər verir ki, M.Abbasovun sosial şəbəkədə etdiyi  paylaşım müzakirələrə səbəb olub:

"Görəsən, bu şəhərdə yalnız məndən, yoxsa hamıdan əlində dövlət notariusunun təsdiqlədiyi alqı-satqı ilə mənzil alandan, Dövlət Əmlak Komitəsinin verdiyi çıxarışıola-ola, 4 il məhkəmələrdə sürünəndən, vəkillərə pullar xərcləyəndən sonra bir ömür pul yığıb aldığı evini-mülkünü alıb kiməsə verirlər? Yoxsa hər şəhərdə, hamıda belədir? Allah xalqımızı mərdimazardan, ev yıxandan, fahişənin şərindən qorusun".

Qeyd edək ki, M.Abbasovun illər əvvəl aldığı 145 min dollarlıq evini sahibi əlindən almağa çalışıb. "Sən demə, mənim 2013-cü ildə Gülruxdan aldığım evin sənədləri saxta imiş. Həmin evi Mehribanın əri Həsənov Taleh Cahangir oğlu 2006-cı ildə, öz baldızı qızı Gülruxun adına alıb. Alandan 3 il sonra Taleh dünyasını dəyişib. Ərinin qırxı çıxmamış bacısı qızının adına olan evə iddialı olduğunu bildirib. Mənim nə günahım var? Bu alqı-satqını 5 saylı Dövlət notariusu təsdiqləyib və sonra Dövlət Əmlak komitəsi ona əsasən mənə çıxarış verib. İndi 6 ildən sonra hakim deyir ki, evi qaytar" deyə, o, söyləmişdi. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR