Ev şaraitində koronavirusdan sağalmağın YOLLARI AÇIQLANDI
01:11 / 16.12.2020
4017
Koronavirusa yoluxanları tibbə məlum olan düzgün mübarizə metodlaırndan istifadə etməklə sağaltmaq və bu xəstəliyə qalib gəlmək olar.
Bunu "Ölkə.Az”a açıqlamasında tanınmış kardioloq, millət vəkili Rəşad Mahmudov deyib.
Onun sözlərinə görə, bunlar aşağadakılardan ibarətdir. "Biirncisi, lazımsız dərmanlardan uzaq durmaq. Yəni qripal və ya koronavirusa yoluxan xəstələr həkim məsləhəti olmadan lazımsız sistemlər, dekzametazon və bu kimi dərmanlardan istifadə etməsidir. Bu qəbuledilməzdir və bir çox hallarda ağır fəsadlarla, hətta ölümlə nəticələnir. Çünki xəstəxanlara müraciət edənlərin çoxu ilkin mərhələdə düzgün müalicə metodundan istifadə etməməsidir. Sonradan belə insanları müalicə etmək çox çətin olur.
İkincisi, insanlar qripal və ya koronavirusun yüngül formasını tutan şəxslərin laqeyd yanaşmasıdır. Belə ki, belə insanları səhhətlərinə laqeyd yanaşır və hesab edir ki, ötüb keçər. Səhhəti ağırlaşan zaman xəstəxanaya müraciət edəndə isə artıq hər şey gec olur”- millət vəkili bildirib.
O əlavə edib ki, hətta koronavirus xəsətəsi ilkin mərhələdə düzgün müalicə metodunda istifadə edərsə, ev şəraitində belə tez sağala bilər: "Qripal və koronavirus əlaməti olan insan təcili antiviral dərman vasitələrində istifadə etməli və 2 həftəlik yataq rejimində özünü müalicə etməlidir. Sizi əmin edirəm ki, xəstə zamanında antiviral müalicə metodundan istifadə edərsə, həm tez sağalar və xəstəliyin ağır formasını keçirməz. Bunun üçün gərək xəstəliyin ilin anında bu dərmanlardan qəbul etməlidir. Belə olarsa xəstəxanaya müraciət edənlərin də sayı kəskin azalar. Antiviral dərmanlar isə favipiravirdir. Bu dərmandan 8 tabletka olmaqla hər 12 saatdan bir qəbul etməklə xəstəlikdən xilas olmaq olar. Bundan əlavə arbidol, arbivir, arbiflyu,tamiflyu kimi dərmanlardan istifadə etməlidir. Bu yolla xəstəliyin ağırlaşmasının qarşısını almaq olar və xəstəlik yüngül keçər”.
Sfera.az