"Euronews"un işğaldan azad edilmiş Füzuli rayonundan reportajı - VİDEO

"Euronews" telekanalı erməni işğalından azad edilmiş Füzuli rayonundan reportaj hazırlayıb.

Sfera.az-ın məlumatına görə, reportajda qeyd olunur ki, Füzulidə əsgərlərin Azərbaycan bayrağını sanca bilməsi üçün bir dənə də sağlam tikili qalmayıb. Əsgərlə bayrağı dağılmış evin fasadına sancmaqla kifayətləniblər.

Füzulidən olan qaçqın Arzu Şəfiyevanın sözlərinə görə, 30 il onlar oranı tərk edəndə şəhər tamamilə başqa cür idi.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, bu, Ermənistan tərəfindən Azərbaycana və xüsusən Füzuliyə qarşı törədilmiş vandalizm aktıdır:

"İşğala qədər şəhərdə 100 min əhali yaşayırdı, şəhər çiçəklənirdi, amma onu yerlə bir etdilər. Azərbaycan erməinilərin dağıtdıqlarını bərpa edəcək, Füzulini həyata qaytaracaq və bura yenidən Azərbaycanın çiçəklənən şəhərinə çevriləcək".

OXŞAR XƏBƏRLƏR

Paşinyan gedir, əvəzinə Vazgen gəlir

Paşinyana qarşı olan erməni müxalifəti sabah baş nazir namizədinin adını açıqlamaq niyyətindədir. Sfera.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat y...

Zəngəzur dəhlizi: Bakı və Ankara nə qazanacaq?

Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbə Türkiyəyə Naxçıvan üzərindən Orta Asiya və Sakit okeana uzanan starteji dəhliz qazandırıb. Sfera.az xəbər...

Azərbaycan əsgəri erməniyə: "Mənə qardaş demə” - VİDEO

Qarabağda qanunsuz məskunlaşdırılmış, təhvil müddəti tamamlansa da, ərazilərimizdən çıxmamış bir erməni ilə azərbaycanlının dialoqunu əks etdirən görüntülər yay...

Putindən tapşırıq: Gələn həftədən peyvəndlənmə başlanır

Rusiya Prezidenti Vladimir Putin baş nazir müavini Tatyana Qolikovaya ölkədə koronavirusa qarşı kütləvi peyvəndlənmənin aparılmasını tapşırıb. Sfera.az xə...

“Azərbaycanda xristian mədəni soyqırımı haqda qorxu əsassızdır” - Şneor Seqal

Azərbaycandakı aşkenazilərin baş ravvini Şneor Seqalın İsveçrənin ən aparıcı informasiya resursu olan "Tribune de Geneve” portalında "Azərbaycanda xristian mə...

Azərbaycanlı alim dünyanı dəyişəcək: insanlar mutasiyaya uğrayacaq - Yaponlardan ilginc İDDİA

Yaponiya istehsalı olan "From the new world” (Shin Sekai Yori) adlı anime öz mövzusu ilə azərbaycanlı izləyicilərinin diqqətini çəkir.     Sfera....