Ət satır, sərnişin daşıyır, “fırlanmaq” üçün küçəyə çıxırlar - Azərbaycanda koronaviruslu xəstələr necə izlənilir?
Son günlər Azərbaycanda onlarla koronaviruslu xəstə kütlə arasına çıxaraq qaydanı pozub. Onlardan kimi hava almaq üçün küçəyə çıxdığını deyib, kimi isə daha da irəli gedərək ət satmaqla, sərnişin daşımaqla məşğul olub.
Maraqlıdır, bu cür halların qarşısını almaq üçün "ağıllı” qolbaqlardan yoluxma sayının hər gün artdığı Azərbaycanda da istifadə etmək olarmı?
Mövzu ətrafında Sfera.az-a danışan TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış bütün koronaviruslu xəstələrin hazırda izləmədə olduğunu bildirib:
"Əgər koronaviruslu xəstə evdə müalicə alırsa, o artıq aidiyyətı qurumlar tərəfindən nəzarətə alınır. Yəni onların mobil nömrəsi nəzarətdə olur ki, bununla da onlar evdən çölə çıxarkən artıq lazımı orqanlara xəbər gedir.
Ümumiyyətlə koronavirus testinin nəticəsi pozitiv olaraq qeydə alınırsa, artıq həmin gündən şəxsin mobil cihazı (hərəkət tarektoriyası) izləmədə olur. Xəstənin çöldə olması ilə bağlı bildiriş gələrsə, müvafiq olaraq o cərimə olunur".
Sfera.az
Əzizə Zeynal