“Əsrin müqaviləsi” bizə nə verdi? – Ekspertdən açıqlama

“Əsrin müqaviləsi” bizə nə verdi? – Ekspertdən açıqlama
 

"Ən əsası odur ki, "Əsrin müqaviləsi”nin bağlanmasından sonra Xəzər regionunun karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasına bir əsas yarandı. Bu illər ərzində Azərbaycanda kifayət qədər müasir qazma və geoloji metodlarla işləməyi bacaran kadr potensialımız formalaşdı”.


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycan neftinin dünya bazarına çıxarılmasını özündə ehtiva edən "Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyinin tamam olması ilə bağlı ötən dövr ərzində nələr əldə etdiyimizə aydınlıq gətirərkən neft-qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev deyib.

Onun sözlərinə görə, nəticədə Xəzər regionu Qara dəniz və Aralıq dənizi regionu ilə birləşdi:

 

 

"Əsrin müqaviləsi” Xəzər regionunu Aralıq dənizi regionu ilə birləşdirən yeni ixrac güclərinin formalaşmasına stimul yaratdı. 1994-cü ilin sentyabrında "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsilə bağlı xarici transmilli şirkətlərlə müqavilənin imzalanmasına qədər Xəzər regionunu həm Qara dəniz, həm də Aralıq dənizinin enerji rayonları ilə birləşdirən ixrac gücləri mövcud deyildi. Məhz həmin blokun işləməyə başlaması ilə dünyanın enerji xəritəsində ciddi dəyişikliklər baş verdi. "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun tam miqyası ilə işləməsindən sonra isə 2006-cı ildə Bakı-Tiflis-Ceyhan əsas ixrac kəməri sənaye istismarına verildi. Bütün bunlar Xəzər regionunun karbohidrogen ehtiyatlarının həm Qara dənizin, həm də Aralıq dənizinin enerji bazarlarına çıxarılmasına stimul yaratdı”.

 

Həmsöhbətimiz qeyd etdi ki, sözügedən müqavilə ölkəmizdə infrastruktur layihələrinin inkişafına da təkan verdi: "Bu illər ərzində Azərbaycan dövləti həmin yatağın işləməsindən kifayət qədər maliyyə vəsaiti əldə edib. Azərbaycana mənfəət neftindən gələn gəlir 140 milyard dollar civarındadır. Bu vəziyyət qısa müddətdə Azərbaycanda digər sahələr, xüsusilə infrastruktur layihələrinin inkişafına da təkan verdi”.

 

 

Elçin


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...