Əsmər Əliyevanın seçki platformasının - Tam mətni

Əsmər Əliyevanın seçki platformasının - Tam mətni
 

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Əliyeva Əsmər Əlimusa qızı seçki platformasını təqdim edib. Sfera.az xəbər verir ki, namizəd "Şirvanın inkişafı, şirvanlıların rifahı” şüarı altında aşağıdakı problemlərə diqqət edəcəyini bildirib:

- Şirvanda iqtisadi, siyasi, ictimai proseslərin ölkədə aparılan yeni islahatlar kursuna uyğunlaşdırılmasına töhfə vermək.

- Bütün seçicilərinin həmdəmi, yardımçısı olmaq, şəhərin müxtəlif məhəllələrində mütəmadi qəbullar, görüşlər keçirmək, sakinlərin bütün qayğılarını dərhal öyrənib, həllinə kömək etmək.

 

- Bir hüquqşünas olaraq əhalinin hüquqlarını yalnız parlamentdə qorumaqla kifayətlənməyərək seçicilər üçün effektiv hüquqi məsləhətxana və hüquqların müdafiəsi xidmətini təşkil etmək.

- Prezidentin hər bir vətəndaşdan tələb etdiyi "ictimai nəzarət mexanizmi”ni Şirvanda tətbiq edərək sakinləri narahat edən problemləri, onların üzləşdikləri maneələri dərhal müəyyənləşdirmək, operativ araşdırmaq və səmərəli həll etmək.

- Şirvanın yüksəlişinə nail olmağı, əhalinin sosial çətinliklərini aradan qaldırmağı fəaliyyət prioriteti kimi qəbul edəcək Şirvanın İnkişafı Naminə fondunu təsis etmək və bu fond vasitəsilə şəhərdə xeyriyyəçilik, himayədarlıq fəaliyyətini genişləndirmək, aztəminatlı ailələrin, xüsusi kateqoriyalı insanların sosial müdafiəsini gücləndirmək, maarifçilik prosesinə diqqəti artırmaq.

- Yol, nəqliyyat, enerji, qaz və su təminatında qarşılaşılan problemlərin kompleks həlli üçün tədbirlər həyata keçirmək.

- Gənclərin işsizliyi, qadınların məşğulluq problemlərinin həllinə nail olmaq üçün effektiv layihələr hazırlamaq və onların icrasını gerçəkləşdirmək.

- İstehsalı dayandırılmış müəssisələrin yenidən işə düşməsi üçün müvafiq dövlət orqanları ilə birgə tədbirlər planı hazırlamaq.

- Gənc ailələrin mənzil və cari çətinliklərinin aradan qaldırılırması üçün sosial proqramlar həyata keçirmək, mərkəzi strukturların diqqətini bu sahəyə cəlb etmək.

- Sahibkarların, fermerlərin normal fəaliyyəti üçün əsas amil sayılan kredit ayrılması prosesində şəffaflığa nail olmaq, bu sahədəki narazılıqların aradan qaldırılması məqsədilə xüsusi nəzarət mexanizmi tətbiq etmək.

- Təmirə və bərpaya ehtiyac duyan məktəblərin, kitabxanaların, mədəniyyət ocaqlarının zahiri və mənəvi görkəmini yeniləşdirmək, maddi-texniki bazalarını təkmilləşdirmək məqsədilə xüsusi tədbirlər planı hazırlamaq.


OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti məktəblini təltif etdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib...

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin de...

Azərbaycanda 51 kiloqram narkotik AŞKARLANDI - Həbs olunan var

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər.   Bu barədə Sfera.az-a ...

Prezident ADA Universitetində forumda iştirak edir

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir.   Sfera.az xəbər verir ki...

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...