Eskpert: “Bu çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirən addımlar atmaq olmaz”

Eskpert: “Bu çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirən addımlar atmaq olmaz”
 BNA avtobuslarda daşıma qaydaları ilə də bağlı müəyyən işlər görüb
 

Koronavirusun yayılmasına qarşı ictimai nəqliyyat sahəsində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən aktiv tədbirlər həyata keçirilir. Bu tədbirlərin faydalı olması üçün isə vətəndaşların da üzərinə mühüm yük düşür. 

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Avtosfer.az-a  verdiyi açıqlamada bildirib ki, belə çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirəcək addımlar atmaq olmaz:

"Koronavirus təhlükəsi yaranandan BNA bütün verilən göstərişlərə dərhal reaksiya verib. Məsələn, metro xətlərindən istifadənin minimuma endirilməsi ilə bağlı göstəriş veriləndən bir saat sonra BNA artıq iki ekspress marşrut xəttinin hazır olması ilə bağlı açıqlama verdi. Yəni, Agentlik əməkdaşları bu qədər çevik işləyir və 24 saat iş rejimində çalışırlar. Avtobusların əksəriyyətinə dezinfeksiya qutuları quraşdırılıb ki, vətəndaşlar əllərini dezinfeksiya etsinlər. Amma təəssüflər olsun ki, bəzi insanlar gah həmin qutuları sındırır, gah da içindəki məhlulu yerə tökürlər. Bunu ancaq xəstə təfəkkürlü adamlar edə bilər. Bəzi insanlar sanki qəsdən cəmiyyətə ziyan vurmağa çalışırlar.
BNA avtobuslarda daşıma qaydaları ilə də bağlı müəyyən işlər görüb. Çalışmaq lazımdır ki, avtobuslar çox sərnişin götürməsin. Sürücülər sərnişinlərdən növbəti dayacanaqda düşən olub-olmayacağını soruşa bilərlər. Əgər düşən yoxdursa hər dayanacaqda avtobusu saxlamamalıdırlar. Düşünürəm ki, bu çətin dövrdə BNA-nın, polisin və həkimin işini çətinləşdirəcək addımlar atmaq olmaz. Belə addımlar insanlığı ziddir və bu kimi hərəkətlərə yol verənlər cəzalandırılara məsələ ictimailəşdirilməlidir ki, başqaları da bu davranışlardan çəkinsinlər”.



OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...