“Eşkiya” ulduzlarından polisə şikayət

“Eşkiya” ulduzlarından polisə şikayət
Bir il öncə "Eşkiya Dünyaya Hükümdar Olmaz” serialının komandasına oteldə hücum edib, təhqirlər səsləndirən 8 nəfərin məhkəmə işindən xəbər var. Belə ki, istintaq prosesində serial aktyorlarının da ifadə verdiyi məlum olub.

Sfera.az  yazır ki, sözügedən ekran işinin baş rol ifaçısı Oktay Kaynarca 2 şəxsin özünü və iş yoldaşlarını təhdid etdiyini, onlara qarşı təhqiramiz sözlər söylədiyini bildirərək şikayətçi olub.

Kaynarcadan başqa Burçak Çataklı, Yunus Emre Yıldırımer, Bercin Aydoğan, Gülcan Sarı və Revfik Erman Kutlu da danışdırılıb.

Məşhur aktyor deyib ki, o, oteldə aşağı mərtbədə olsa da, dostlarının kömək istədiklərini eşidərək yuxarı çıxıb:

"Adlarını olaydan sonra öyrəndim. Demə, Arif və Şiar adlı şəxslər sərxoş imişlər. Yuxarı çıxanda məni hədələyib, təhqir etdilər. Əvvəlcə təmkinli davranıb, məsələni bitirməyə çalışdım. Bir az sakitlik olduqdan sonra aşağı düşdüm. İki nəfərdən başqa kimsənin mənə və dostlarıma qarşı pis hərəkəti olmayıb. Həmin şəxslərin "Sizin serialda etdiklərinizi, biz real həyatda edirik” sözlərini eşitdim. Hadisədən çox vaxt keçib, ona görə dedikləri tam yadımda qalmayıb. Bu hadisə baş verdiyi zaman sözügedən şəxslərə qarşı hansısa qeyri-etik davranışım, yaxud da sözüm olmayıb. Yalnız polis gələndə hadisəni danışdım. Onlardan şikayətçiyəm”.

Sözügedən şəxslərin 4 ildən 13 ilə qədər həbsi istənilib.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bu qız Azərbaycanın ən gözəli seçildi – FOTO

İran əsilli azərbaycanlı Röya Şirzadi Azərbaycanda keçirilən "Miss Global 2021” beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az olay.az-a istinadə...

Gülşən səhnəyə elə bir geyimdə çıxdı ki... - FOTOLAR

İddialı səhnə geyimləri ilə gündəmə gələn Gülşən yenidən müzakirə obyektinə çevrilib.   Sfera.az bildirir ki, son günlərdə seçimlərinə görə tənqid hədəfi...

Çəkiliş meydançasında tanış olan məşhur cütlük evlənir - FOTO

Məşhur türkiyəli cütlük nikah masasına oturmağa hazırlaşır.   Sfera.az bildirir ki, 6 ildir münasibətdə olan aktyor Serkan Çayoğlu ilə həmkarı Özge Gurel...

Libası ilə gecənin ən çox müzakirə edilən qonağı oldu - FOTOLAR

Həyat yoldaşı Kənan Doğulunun qardaşı Ozan Doğulunun 50-ci ad günü partisinə qatılan aktrisa Beren Saat geyimi ilə gecənin ən diqqətçəkən qonağı olub. Sfe...

"Yaxşı ki doğuldun, gələcəkdəki soyadım” - 52 yaşlı Mustafanın sevgilisinin bu paylaşımı gündəm oldu

Mustafa Sandalın sevgilisi Melis Sütşurupun paylaşımı sosial mediada gündəm olub.   Sfera.az bildirir ki,  Melis 52 yaşı olan ifaçı ilə fotolarından...

Müğənninin reper sevgilisinin konsertinə polis basqın etdi - Narkotikə görə

Məşhur türkiyəli popçu Aleyna Tilkinin sevgilisi olduğu iddia edilən, "UZİ” adı ilə tanınan repçi Utku Yalçınkayanın konsertinə polis basqını olub.   Sfe...