Əsirlərin qaytarılması ilə bağlı hansı yeniliklər var? – Dövlət Komissiyası zənglərə cavab vermir, BQXK isə...

Əsirlərin qaytarılması ilə bağlı hansı yeniliklər var? – Dövlət Komissiyası zənglərə cavab vermir, BQXK isə...

İkinci Qarabağ savaşında əsir düşən hərbçilərimizin, eləcə də girov götürülmüş vətəndaşlarımızın qaytarılması gündəmin əsas mövzularındandır.

 

Sfera.az bu istiqamətdəki işlərin nə yerdə olduğunu öyrənmək məqsədilə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası ilə əlaqə saxlasa da, gün ərzində qarşı tərəfdən telefona cavab verən olmayıb.


Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova isə bildirib ki, bu məsələ onların səlahiyyətlərinə daxil deyil:

 

"Beynəlxalq Qızıl Xaç Komitəsi əsir, itkin düşmüş və girov götürülən insanların geri qaytarılması məsələsində neytral vasitəçidir. Bu barədə qərar qəbul edən münaqişə tərəfləridir. Yəni girovları, əsirləri saxlayan tərəf. Kimisə azad etmək və nə vaxt azad etmək qərarını verən onları saxlayan tərəfdir. Digər tərəfdən, saxlanılan şəxs də qayıtmaq arzusunu ifadə etməlidir. Üçüncü bir tərəfdən, digər ölkə də onları qəbul edəcəyini təsdiqləməlidir. Yalnız bu 3 şərtin reallaşmasından sonra BQXK prosesdə vasitəçilik edir”.


Həmsöhbətimiz bildirib ki, BQXK-nın mandatı saxlanılan şəxslərə baş çəkmək, saxlanma şəraiti, onlarla rəftarın monitorinqini aparmaq, həmçinin həmin şəxslərin ailələrilə əlaqəsini yaratmaqdan ibarətdir:

 

"Bu komitənin hüquq çərçivəsində fəaliyyətidir. Qurum yalnız bu istiqamətdə iş aparır. Münaqişə tərəfində olan şəxslərə müntəzəm olaraq baş çəkirik”.

 

Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR