No Image
No Image
No Image

Əsir Ermənistan hərbçiləri minnətdarlıq etdilər - FOTO

Əsir Ermənistan hərbçiləri minnətdarlıq etdilər - FOTO
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov Ermənistan silahlı qüvvələrinin cari il sentyabrın 27-də atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı  başladığı hərbi əməliyyatlar zamanı yaralı vəziyyətdə əsir düşmüş Ermənistan hərbçiləri - 13.11.2001-ci il təvəllüdlü Sarqsyan Areq Siraki, 23.05.2001-ci il təvəllüdlü Amircanyan Narek Qariki və 07.09.2001-ci il təvəllüdlü Mikayelyan Albert Yervandiyə müalicə aldıqları hospitalda baş çəkib.

Sfera.az-ın məlumatına görə, başçəkmə zamanı Komissiya katibi yaralı Ermənistan hərbçilərinin vəziyyəti, onlarla davranış, müalicələri və saxlanma şəraitləri ilə maraqlanıb.

Ermənistan hərbçiləri Azərbaycanda onlara göstərilən münasibətdən və davranışdan razı qaldıqlarını, müalicələrinin normal aparıldığını bildirib, minnətdarlıq ifadə ediblər.

Beynəlxalq humanitar hüquq normalarının müvafiq müddəaları rəhbər tutularaq, başcəkmə zamanı yaralı Ermənistan hərbçilərindən ikisinin ailələri ilə telefon əlaqəsi saxlamaları təmin edilib. Ailə üzvlərinin telefon nömrələrini xatırlamadığını bildirən Albert Mikaelyana isə videomüraciətlə yaxınlarına onunla davranış və müalicəsi barədə məlumat verilməsi üçün şərait yaradılıb.

Ermənistan hərbçiləri başçəkməyə, xüsusilə də ailə üzvləri ilə yaradılmış telefon əlaqəsinə görə minnətdarlıqlarını bildiriblər.

OXŞAR XƏBƏRLƏR

Ermənilərin növbəti “feyk”i ifşa olundu - FOTOFAKT

 Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz feysbuk səhifəsində müdafiə naziri David Tonoyanın hərbçilərlə görüşünün fotosunu yayıb....

Ali Baş Komandan müşavirə keçirdi - Fotolar+Video + Yenilənib

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə ...

Bakıda 554 küçə dezinfeksiya edildi - FOTOLAR

 Son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq oktyabrın 24 və 25-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturla...

Kopenhagendə Gəncə terroru əleyhinə etiraz askiyası keçirildi - Fotolar

Danimarkada yaşayan azərbaycanlılar Kophenhagen şəhər bələdiyyəsinin binası qarşısındakı "Radhuspladsen” meydanında icazəli aksiya keçirib. Sfera.az xəbər verir...

Ermənistan mülki əhalinin yaşadığı Meşəli kəndini hədəf aldı - FOTO

 Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəf alıb. Sfera.az xəbər verir ki, bu barədə Ərazilərin Minal...

Vankuverdə azərbaycanlılar Gəncədəki terrora etiraz etdi - FOTOLAR

 Kanadanın Vankuver şəhərində yaşayan azərbaycanlı icmanın təşkilatçılığı və Kanada Azərbaycanlıları Şəbəkəsinin (Network of Azerbaijani Canadians) texniki...