Əsir düşdüyü deyilən İlkinin videosu ilə bağlı AÇIQLAMA

Əsir düşdüyü deyilən İlkinin videosu ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə Vətən müharibəsində əsir düşərək yaralandığı iddia edilən İlkin adlı şəxsin videogörüntüləri yayılıb. Videoda həmin şəxsin müalicəyə ehtiyacının olması bildirilir və onun Şəmkir rayonundan olduğu vurğulanır.

Sözügedən məsələylə bağlı kiçik araşdırma apardıq. Məlum oldu ki, həmin şəxs Hüseynov İlkin Məhərrəm oğludur. 1995- ci il təvəllüdlü İ. Hüseynov Şəmkir rayonu Zəyəm qəsəbəsi sakinidir. Vətən müharibəsinə könüllü şəkildə qatılıb, ancaq əsir düşməyib.

Sfera.az bildirir ki, Rayon İcra Hakimiyyətinin nümayəndəsi və qəsəbənin bələdiyyə sədri Süleyman Tağıyev də "Qafqazinfo"ya bildirib ki, İlkin Hüseynov qazi kimi rəsmi olaraq qeydiyyatda deyil. Eyni zamanda, müharibə zamanı əsir də düşməyib. S. Tağıyev qeyd edib ki, rayondan müharibə zamanı yalnız bir əsir olub: "O da Dəllərcırdaxan kəndindən idi. Müharibədən sonra həmin əsir geri qaytarılıb. İlkin Hüseynov isə müharibəyə könüllü gedib. Müharibədən qayıtdıqdan sonra da onun ailəsinə dəfələrlə özüm baş çəkmişəm. Hətta Gəncəyə xəstəxanaya da aparmışam. Problemləri ilə daimi maraqlanırıq. Hazırda da dövlətin xəttiylə Maştağada müalicə alır".

İ.Hüseynovun anası Xatirə Hüseynova da saytımıza açıqlamasında bu faktı təsdiqləyib: "Oğlum Maştağada 1 nömrəli Psixiatriya xəstəxanasında iki həftədir müalicə alır. Burada onu yaxşı müalicə edirlər. Bundan əvvəl Şəmkirdə xəstəxanada müalicə olurdu. Müharibədə qorxub, ona görə də psixoloji problemləri yaranıb. Ancaq yaralı qazi deyil və əsirlikdə də olmayıb.

Əsəb sistemində yaranan pozğunluğa görə komaya düşür. Xəstəxanada olduğu müddətdə dünən bir dəfə komaya düşüb. İlkin müharibə başlayandan cəbhəyə gedib və bitəndən sonra geri qayıdıb. Laçında olub. Oğlumun 26 yaşı var, ailəsindən boşanıb, 1 övladı var. Mənimlə qalır. Mən də işləmirəm, həyat yoldaşımdan ayrılmışam. Maddi imkanımız aşağıdır".

OXŞAR XƏBƏRLƏR

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...