No Image
No Image

Əsgərimizin son zəngi: Ana, hücuma keçdik...

Əsgərimizin son zəngi: Ana, hücuma keçdik...
Şəhid əmisinin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etmək arzusu ilə yaşayıb şəhidlik məqamına yüksələn qəhrəman Sərxan!

Sərxan Habil oğlu Həsənov: 08 mart 1999-cu ildə Tovuzun sərhəd kəndi Əlibəylidə doğulub. 2005-ci ilin sentyabr ayında Milli Qəhrəman Qasım Rzayev adına Hacallı kənd orta məktəbinin 1-ci sinfinə gedib. 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. 2017-ci ilin aprel ayının 3-də həqiqi hərbi xidmətə gedib. 2018-ci ilin oktyabr ayında hərbi xidmətini başa vurub. 2019-cu il yanvarın 15-də snayperçi kursuna gedib. Martın 4-də N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət edən kimi qulluğa başlayıb. Sərrast snayperçi bir çox "Fəxri fərman”lar alıb.

Azərbaycan Böyük Vətən müharibəsinə qumbaraatan olaraq qatılıb Sərxan. Müharibənin ilk günü Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Bir gün sonra – 28 sentyabr 2020-ci ildə Əlibəyli kənd qəbiristanlığında dəfn olunub.

Şəhidimiz tək bacının tək qardaşı idi.

Şəhidimizin əmisi Həsən Əmiraslan oğlu Həsənov 1-ci Qarabağ müharibəsində şəhid olub (21.05.1995), Əlibəyli kənd qəbiristanlığında dəfn olunmuşdu.

Şəhidimiz atası ilə telefonla danışanda deyirmiş, ən böyük arzum əmimin qisasını almaq və torpaqlarımızın işğaldan azad edilməsində iştirak etməkdir.

Anasına şəhid olmamışdan 3 saat öncə zəng vurub şəhidimiz, deyib: "Biz əks-hücuma keçmişik. Şəhid olsam, haqqınızı halal edin”.

Anası ağlayınca, deyib: "Ağlama, ana. Oğlunla fəxr elə”.

Sərxan adının anlamı nədir? – Əsas anlamı kimi "Qurd, canavar” göstərilir. 21 yaşında şəhadət şərbəti içmiş, adı Sərxan olan bir əsgərdən danışırıqsa, bu mənanın necə yaraşdığı aydın görünür. Öz torpağının azadlığı uğrunda vuruşlara atılanların vətəncanlılığı, yurd eşqi örnəkdir. Bu örnək deyilməli, yazılmalı, tərənnüm edilməlidir. Hələ gənckən Vətənə bağlılığını canı, qanı ilə təsdiq edənlərin hansı mühitdə yetişməsi, necə formalaşması öyrənilməli, uşaq və gənclərin təlim-tərbiyəsində o öyrənilənlərdən faydalanılmalıdır.

Gənclərimizə eşq olsun!

Dövlətimiz var olsun!

Qənirə Paşayeva,

MM-in Mədəniyyət komitəsinin sədri

Facebook    
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakının qapalı görüşdə istəyi və Nikolun qara çantası...

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş ...

Şuşa mübaliğəsiz Azərbaycan mədəniyyətinin beşiyidir - Adil Əliyev

Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərdiyi böyük iradə nəticəsində rəşadətli Ordumuz 30 illik Ermənistan təcavüzünə birdəfəlik son qoydu. Uzun illərd...

2020 - Pandemiya, özünütəcrid, Brexit, Qarabağ, qələbə - Elnur Aslanov

Siz misal üçün, 2015-ci ilin nə ilə əlamətdar olduğunu, yadda qaldığını xatırlayırsınız? Bəs, 2017-ci ilin? Şəxsi həyatınızda deyil, bütün dünyada? Heç nə xat...

Ermənistan növbəti dəfə Qarabağ ermənilərinə badalaq vurur – Fərhad Məmmədov yazır

Ermənistanla Azərbaycan arasında 44 günlük müharibənin nəticələri göz önündədir. Azərbaycanın müharibədəki qələbəsi həm Ermənistan rəhbərliyi, həm də be...

EU Today: Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi

Politoloq Ceyhun Osmanlı Avropanın tanınmış EU Today xəbər portalında analitik təhlil ilə çıxış etmişdir. Məqalədə 59 yaşı tamam olan Prezident İlham Əl...

Şəhid atasının bu sözü qürur verdi

19 yaşında Vətənin azadlığı uğrunda canından keçmiş oğullarımızdan biri də adı kimi, soyadı kimi elcanlı, vətənmuradlı Elxan Murad oğlu Muradovdur. Elxan ...