\"Əsədin Moskva görüşündən sonra...\" - Ekspert gərginləşən Rusiya-Türkiyə münasibətləri haqda
14:31 / 20.09.2021
647
"Moskva
Türkiyə ilə imzaladığı Suriya probleminə dair Soçi anlaşmasını pozmağa çalışır.
Bu azmış kimi, Türkiyə hərbçilərinin İdlibdəki mövqelərinə Əsəd rejiminin qüvvələri
və Rusiya bombardmançıları vasitəsilə havadan zərbələr endirmək istəyirlər”.
Bu
sözləri Sfera.az-a açıqlamasında Suriya rejiminin rəhbəri Bəşər Əsədin Moskvaya
səfərindən sonra Türkiyə ilə Rusiya arasında səhnə arxasında ciddi mübarizənin
başlandığından danışarkən, politoloq Natiq Miri deyib:
"Bu,
Türkiyə - Rusiya qarşıdurmasına gətirib çıxaracaq. Belə bir qarşıdurmanın baş
vermə ehtimalı potensial olaraq ciddidir. Bəşər Əsədin bu yaxınlarda təcili şəkildə
Moskvaya səfəri məhz bunun göstəricisidir. Həmin görüşdə Vladimir Putinin
Suriyada qeyri-qanuni olan qüvvələrin Dəməşq iqtidarı üçün problem yaratdığı və
onların təcili çıxarılmasının vacibliyini qeyd etdi. Qeyri-qanuni qüvvələr deyəndə
Putin əlbəttə ki, Türkiyəni nəzərdə tutub.
Çünki Fəratın şərqindəki ABŞ-ın dəstəklədiyi
PKK-ın Suriya qolu olan PYD, YPQ qüvvələri istənilən səviyyədə Dəməşq və Rusiya
ilə anlaşa bilirlər. Hətta Dəməşq bu ərazilərdə çıxan öz neftini pulunu ödəməklə
terrorçulardan rahatca alır. Ona görə də həmin ərazi ilə Dəməşqin problemi
yoxdur. Yeganə problem İdlib və Suriyanın şimalında yerləşən Türkiyə qüvvələridir
ki, artıq Moskva bundan narahat olmağa başlayıb. Məhz bu gərginliyin səbəbidir
ki, ABŞ səfərindən sonra Türkiyə Prezidenti Soçiyə Putinlə danışmağa gedəcək”.
Ekspertə
görə, belə danışıqlara ehtiyacın yaranmasının özü Suriya məsələsində Moskva ilə
Ankara arasında ciddi problemin yarandığından xəbər verir:
Elçin