"Əsədin Moskva görüşündən sonra..." - Ekspert gərginləşən Rusiya-Türkiyə münasibətləri haqda

"Moskva Türkiyə ilə imzaladığı Suriya probleminə dair Soçi anlaşmasını pozmağa çalışır. Bu azmış kimi, Türkiyə hərbçilərinin İdlibdəki mövqelərinə Əsəd rejiminin qüvvələri və Rusiya bombardmançıları vasitəsilə havadan zərbələr endirmək istəyirlər”.

Bu sözləri Sfera.az-a açıqlamasında Suriya rejiminin rəhbəri Bəşər Əsədin Moskvaya səfərindən sonra Türkiyə ilə Rusiya arasında səhnə arxasında ciddi mübarizənin başlandığından danışarkən, politoloq Natiq Miri deyib:
 
"Bu, Türkiyə - Rusiya qarşıdurmasına gətirib çıxaracaq. Belə bir qarşıdurmanın baş vermə ehtimalı potensial olaraq ciddidir. Bəşər Əsədin bu yaxınlarda təcili şəkildə Moskvaya səfəri məhz bunun göstəricisidir. Həmin görüşdə Vladimir Putinin Suriyada qeyri-qanuni olan qüvvələrin Dəməşq iqtidarı üçün problem yaratdığı və onların təcili çıxarılmasının vacibliyini qeyd etdi. Qeyri-qanuni qüvvələr deyəndə Putin əlbəttə ki, Türkiyəni nəzərdə tutub.
 
Çünki Fəratın şərqindəki ABŞ-ın dəstəklədiyi PKK-ın Suriya qolu olan PYD, YPQ qüvvələri istənilən səviyyədə Dəməşq və Rusiya ilə anlaşa bilirlər. Hətta Dəməşq bu ərazilərdə çıxan öz neftini pulunu ödəməklə terrorçulardan rahatca alır. Ona görə də həmin ərazi ilə Dəməşqin problemi yoxdur. Yeganə problem İdlib və Suriyanın şimalında yerləşən Türkiyə qüvvələridir ki, artıq Moskva bundan narahat olmağa başlayıb. Məhz bu gərginliyin səbəbidir ki, ABŞ səfərindən sonra Türkiyə Prezidenti Soçiyə Putinlə danışmağa gedəcək”.
 
Ekspertə görə, belə danışıqlara ehtiyacın yaranmasının özü Suriya məsələsində Moskva ilə Ankara arasında ciddi problemin yarandığından xəbər verir:
 
"Ankara ilə Moskva Qarabağda da bir-birinə qarşı dayanıb. Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişəndən sonra artıq hərbi təxribatlar Rusiya tərəfindən törədilir. Düşünürəm ki, sülhməramlıların komandanı Kosobokov da məhz bu missiya ilə Qarabağa göndərilib. Ona görə də bu gün bölgədə Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında ciddi mübarizə gedir”.
 
Elçin
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rusiyalı deputatdan gözlənilməz “Bayraktar” AÇIQLAMASI: “Bizi inandırdılar ki, Çin istehsalıdır”

Ukraynanın son addımı ilə bağlı Rusiyadan maraqlı reaksiya gəlib.   Sfera.az bildirir ki, rusiyalı jurnalist, Moskva Şəhər Assambleyasının deputatı Andre...

“Cənubi Qafqazda düşmənçilik mühitini aradan qaldırmalıyıq” - Paşinyan

"Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat infrastrukturunun blokadadan çıxarılması Ermənistan iqtisadiyyatının məzmun və strukturunu keyfiyyət baxımından ...

Rusiya Telman İsmayılov haqda qərarla bağlı göstəriş verdi

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Monteneqronun azərbaycanlı iş adamı Telman İsmayılovu ekstradisiya etməkdən imtina etməsinin əsaslarını öy...

Putindən müsahibə alan xanım aparıcıya reaksiya: "Ayaqları ilə nə edir?"

Xanım aparıcının ayaqlarını Putinə doğru uzatması və digər davranışları ruslar tərəfindən cazibədarlığından istifadə etmək istəyi kimi şərh olunub. Ruslar...

Çin uyğur türklərinə zülm edir: Pekinə niyə təzyiq edilmir?

"Çində alternativ fikrə və tənqidə yer yoxdur. Tənqidçilər ya həbs olunur, ya "əmək düşərgələrinə” göndərilir, ya da ölkəni tərk etmək məcburiyyətində qalırla...

F-35 gərginliyi böyüyür: “Vaşinqton pulu verməsə, Ankara bu addımı atacaq”

"ABŞ ilə Türkiyə arasındakı F-35 gərginliyi səngimək bilmir. Məsələ ondadır ki, rəsmi Ankara 185 mlrd. dollar verməsinə baxmayaraq, Vaşinqtondan hələ də F-35 ...