Ərzaq qiymətlərini tənzimləmək üçün yeni qanun qəbul ediləcək – Türkiyədə

Ərzaq qiymətlərini tənzimləmək üçün yeni qanun qəbul ediləcək – Türkiyədə
Bu il Türkiyədə bahalaşmanın 20 faizdən yüksək olması hökuməti qida bazarında möhtəkirliyə qarşı mübarizəni gücləndirməyə məcbur edib. Türkiyə hökuməti bu məqsədlə ayrıca bir qanun qəbul etməyi planlaşdırır.

Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Hal qanunu” adlanan yeni layihə bəzi meyvə və tərəvəz məhsullarının ticarətinin tənzimlənməsini nəzərdə tutur. 

Qiymətlərdə artımın böyük olması əhalinin azgəlirli hissəsinin vəziyyətini bir qədər də ağırlaşdırıb. Aparılan araşdırmalar göstərir ki, qiymət artımları iqtisadi amillərlə bərabər qeyri-iqtisadi xarakterli faktorların da təsiri ilə yüksəlir. Rəsmi orqanlar hesab edir ki, Türkiyədə son aylarda möhtəkirliyin güclənməsi, qiymətlərə spekulyativ təsirlərin artması müşahidə edilir. Bu cür qeyri-iqtisadi təsirləri aradan qaldırmaq üçün hökumət sözügedən qanunu parlamentə göndərib. 

Qanun layihəsi parlementdə oktyabrın 1-dən sonra müazakirəyə çıxarılacaq. Bu qanun qəbul ediləndən sonra hökumət müxtəlif vasitələrlə xərcləri azaltmaqla bazarda qiymət sabitliyini təmin edəcək. Tənzimləmə siyasəti aralıq inflyasiyasının azalmasına və qiymət möhtəkirliyinə qarşı hüquqi müstəvidə mübarizənini gücləndirilməsinə şərait yaradacaq. 

Rəsmilər bu qənaətdədir ki, qanun qiymətlərin formalaşmasında spekulyativ təsirləri minimuma endirməyə imkan verəcək. 

Yeni qanun çox böyük qiymət artımlarının qarşısını almaq üçün məhsulun istehsalçıdan istehlakçıya çatdırılma prosesinin sadələşdirilməsinə hüquqi imkan yaradacaq. Hökumət vasitəçilik xərclərini azaldacaq və bununla daha çox bahalaşan qida məhsullarının qiymətlərinin enməsinə çalışacaq. 

Vasif
Sfera.az
 



OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...