Ərzaq məhsullarında bahalaşma 10 faizi ötüb
11:03 / 15.10.2021
574
2021-ci ilin yanvar-sentyabr aylarında qiymətlər 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz artıb.
Qiymət artımı ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 4,6 faiz təşkil edib. Cari ilin sentyabrında istehlak qiymətləri əvvəlki aya nisbətən isə 1,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 8,5 faiz artıb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq mallarında bahalaşma daha böyükdür. Bu ilin sentyabrında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymətlər əvvəlki aya nisbətən 2,6 faiz, əvvəlki ilin sentyabrına nisbətən 10,4 faiz artıb.
2021-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə qiymətlər əvvəlki aya nisbətən 0,8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 5,9 faiz yüksəlib.
Əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə qiymətlərdə artım əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 7,9 faiz olub.
Vasif
Sfera.az