Ərzaq mağazasında “patı” satan şəxs yaxalandı - FOTOLAR

Ərzaq mağazasında “patı” satan şəxs yaxalandı - FOTOLAR
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bir neçə əməliyyat keçirilib və nəticədə 4 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a verilən məlumata görə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində RPŞ əməkdaşları tərəfindən narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb. Həmin şəxsin icarəyə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub.

Keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Etibar Mirzəməmmədov və Bakı şəhər sakini Ənvər Aslanov saxlanılıblar. Həmin şəxslərin yaşadığı evə və üzərlərinə baxış keçirilən zaman bükülülərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Davam etdirilən tədbirlərlə Sumqayıt şəhərində qeydiyyatda olmaqla Quba rayonunda kirayədə yaşayan Firudin Əliyev saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin və marixuana aşkar edilib.

Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.

OXŞAR XƏBƏRLƏR

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...

Azərbaycanda nə qədər sahibkar var? - STATİSTİKA

Hər il aprelin 25-i ölkəmizdə Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün qeyd olunmasına 2016-cı ildən başlanılıb. Ölkənin iqtisadiyyatında sahibkar...