Ermənistanla sərhəddə əməliyyatlar başladı
15:55 / 26.09.2019
1403
Türkiyə Silahlı Qüvvələri (TSQ) Ermənistan ilə sərhəddə əməliyyatlara başlayıb.
Sfera.az bildirir ki, əməliyyatlar Ağrı, Qars və İğdır vilayətlərində PKK terror təşkilatına qarşı aparılır.
Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib ki, "KIRAN-4" adı altında aparılan əməliyyat həmin ərazilərdə sonuncu terrorçu məhv edilənə qədər davam edəcək.