Ermənistanla bağlı bu hesabat Fransa mediasında

Ermənistanla bağlı bu hesabat Fransa mediasında
Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatının Ermənistanın Azərbaycanın mülki vətəndaşlarını qətlə yetirməsi ilə bağlı hesabatı "COJEP” jurnalında tam şəkildə dərc olunub.

Sfera.az xəbər verir ki, hesabatın əvvəlində Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsi regionda ən uzun sürən (təxminən 30 il) münaqişədir. Bu münaqişə nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf 7 rayonu – Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan Ermənistan tərəfindən işğal edilib. Münaqişə Dağlıq Qarabağ regionunda və ətraf 7 rayonda yaşayan bir milyondan çox azərbaycanlının həyatına mənfi təsir göstərib, sosial, iqtisadi və humanitar problemlər yaradıb. Qeyd edilən 7 rayon Dağlıq Qarabağ regionuna daxil deyil. Dağlıq Qarabağ regionunun ümumi ərazisi 4400 kvadratkilometrdir. Ətraf 7 rayonun ümumi ərazisi isə bundan demək olar ki, 3 dəfə böyükdür – 11000 kvadratkilometrdir. Məcburi köçkünlərin 90 faizdən çoxu həmin 7 rayondandır. Dağlıq Qarabağ regionundan qovulan azərbaycanlıların sayı isə 86 mindir.

Qeyd edilir ki, BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsinə dair dörd qətnamə qəbul edib. Bu qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal çıxarılması tələb olunur.

Hesabatda bildirilir ki, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bütün cəbhə xətti boyunca genişmiqyaslı təxribata başlayıb. Ermənistan silahlı qüvvələri intensiv şəkildə yaşayış məskənlərini, tarixi və mədəni tikililəri, strateji əhəmiyyət daşıyan obyektləri, cəbhə bölgəsindən uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı əraziləri qəsdən ağır artilleriyadan, raket sistemlərindən və beynəlxalq konvensiyalarla qadağan olunmuş silahlardan atəşə tutur.

BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə”də qeyd edilir ki, mülki əhalinin, xüsusilə qadınların və uşaqların hücumlara məruz qalması qadağandır. Bütün ölkələr 1925-ci il tarixli Cenevrə Protokoluna və 1949-cu il tarixli Cenevrə Konvensiyalarına, hərbi münaqişələr zamanı insan hüquqlarına hörmət edilməsi, xüsusilə qadınların və uşaqların qorunmasının təmin olunması ilə bağlı digər sənədlərə əməl etməlidirlər.

Hesabatda sentyabrın 27-dən oktyabrın 28-dək Azərbaycanın mülki əhalisinin sıx məskunlaşdığı şəhər və rayonların Ermənistan silahlı qüvvələri tərəfindən raket hücumlarına məruz qalması ilə bağlı faktlar və rəqəmlər, fotolar əks olunub. Ermənistanın Azərbaycan şəhərlərinə atdığı mərmilərin, dağılan evlərin sayı, həlak olan və yaralanan insanların adları verilib. Vurğulanıb ki, Ermənistan qadın, uşaq, yaşlı demədən mülki əhalini, dinc sakinlərlə yanaşı, mülki, eləcə də strateji əhəmiyyətə malik obyektləri hədəfə alır.

Qeyd edilir ki, bu hesabat Ermənistanın cari il sentyabrın 27-dən etibarən beynəlxalq humanitar hüququ pozaraq Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətlərini sistemləşdirmək məqsədilə hazırlanıb.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...

Bu ölkədə helikopterlər TOQQUŞDU - Ölənlər var

Malayziya Hərbi Dəniz Qüvvələrinə aid iki hərbi helikopterin havada toqquşması nəticəsində 10 nəfər həyatını itirib.   Sfera.az xəbər verir ki, bu b...

"Daşıyan və satan bu qədərdirsə, qəbul edənlərin sayı görün nə qədərdir" - Deputatdan HƏYƏCAN TƏBİLİ

“Tibbi nöqteyi-nəzərdən qanun layihəsi vacibdir”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruz...

Bu bitki xərçəngin müalicəsində FAYDALIDIR - Həkimdən AÇIQLAMA

Əsrlər boyu xalq təbabətində istifadə edilən zəncirotu bitkisi 25 xəstəliyi müalicə edir.   Sfera.az xəbər verir ki, bu bitkinin yarpaqları, kökü və...

Azərbaycanda elektron siqaretlər qadağan olunacaq? – Deputat MM-də məsələ qaldırdı

“Bir növ siqaretçəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu Azərbaycanda da geniş yayılmış siqaretçəkmə formasıdır. Bunla...