Ermənistanın Zəngəzur mis-molibden kombinatı fəaliyyətini dayandırır? - Oxçuçayı çirkləndirdiyi üçün...

Ermənistanın Zəngəzur mis-molibden kombinatı fəaliyyətini dayandırır? - Oxçuçayı çirkləndirdiyi üçün...
Ermənistanda Zəngəzur mis-molibden kombinatı bir neçə gündən sonra öz fəaliyyətini dayandıra bilər.
 
Sfera.az xəbər verir ki, bunu kombinatın şurasının üzvü, "Ermənistan” seçki blokundan deputatlığa namizəd Vaqe Akopyan deyib.

Onun sözlərinə görə, kombinat, hətta Birinci Qarabağ müharibəsi dövründə belə fəaliyyətini dayandırmayıb.

"Amma indi müəssisənin bağlanma ehtimalı yaranıb. Kombinat artıq 20 milyondan çox zərərlə üzləşib”, - deyə V. Akopyan əlavə edib.

Qeyd edək ki, Zəngəzur mis-molibden kombinatında 8 və 14 iyul tarixlərində yoxlama-axtarış əməliyyatları keçirilib. Belə ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniyası zamanı bu kombinatda müxalifət lehinə rüşvət paylandığını iddia edirdi.

Xatırladaq ki, səhmlərinin böyük hissəsinin Almaniyanın "CRONIMET” şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatı istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya axıdır. Oxçuçay isə öz növbəsində Araz çayına qovuşur. /Qafqazinfo

OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...