Ermənistanın yeni PLANI: “Bu, növbəti qarşıdurmalar üçün ideoloji baza yaratmaq cəhdidir”

Ermənistanın yeni PLANI: “Bu, növbəti qarşıdurmalar üçün ideoloji baza yaratmaq cəhdidir”
"Ermənistan hökuməti 27 sentyabrı "Azərbaycanın arsax xalqına qarşı təcavüzü qurbanlarının anım günü" kimi qeyd etməyə hazırlaşır”.
 
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib. "Aydındır ki, nə "Arsax" var, nə də  "arsax xalqı"”, deyən deputat Qarabağda etnik azlıqlar kimi yaşayan haylar və haylaşmışların olduğunu vurğulayıb:

"Onları eyni məntiqlə "Mars xaqı” da adlandırmaq mümkündür.  Üstəlik bir dövlətin işğal altındakı torpaqlarını azad etməsini özünün özünə qarşı təcavüzü kimi qələmə vermək üçün də, gərək  tərs məntiqlə yanaşı, həm də xəstə təfəkkür daşıyıcısı olasan.  "Azərbaycanın arsax xalqına qarşı  təcavüzü qurbanlarının anım günü" kimi uydurma soyqırımlarından geri qalmayan bu "tapıntı",  yeni bir düşmənçilik səhifəsinin açılması, növbəti qarşıdurmalar üçün ideoloji baza yaratmaq cəhdidir”.

S.Alıyev qeyd edib ki,  Ermənistan revanşist düşüncələrdən qətiyyən əl çəkmək fikrində deyil: 

"Ona rəhbərlik edənlərin ağıllanmaları üçün yenidən "Dəmir Yumruq"  terapiyasına ehtiyac var”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR