Ermənistanın “qan damarı” əsgərimizin əlində - Bütün yollar Bakıya gətirir...
11:08 / 16.09.2021
3856
"Gorus-Qafan
yolunun əhəmiyyəti odur ki, Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tam
blokada vəziyyətinə salındıqdan sonra İran düşmən ölkəni məhz bu yol vasitəsilə
xilas edə bilib”.
Sfera.az
bildirir ki, bunu beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.
Onun
sözlərinə görə, əsas məsələ odur ki, qarşıdan qış gəlir və bu yol Ermənistanın
enerji təchizatında "qan damarı” rolunu oynamaqdadır:
"İran
- Ermənistan ticarət dövriyyəsi illik 400 milyon dollar civarındadır. Bu
malların 18 faizi təbii qazdır. Ermənistan hakimiyyəti Gorus-Qafan yoluna
alternativ 68 kilometrlik yolun çəkilişinə start verib. Lakin proses o qədər ləng
gedir ki, başa çatacağına ümid qalmayıb. Üstəlik yolun 6 kilomterlik hissəsində
TIR-ların hərəkəti mümkünsüz görünür”.
Ekspert
bildirib ki, Ermənistanın üç əsas beynəlxalq yolu olsa da, üçü də Azərbaycanın
nəzarətinə düşür:
Günay
Rəsulqızı