Ermənistanın milli valyutası kəskin ucuzlaşacaq - Gözlənilən çöküş

Ermənistanın milli valyutası kəskin ucuzlaşacaq - Gözlənilən çöküş
Azərbaycanın beynəlxalq hüquqi müstəvidə tanınmış ərazisi olan Dağlıq Qarabağda 2020-ci ilin 27 sentyabr tarixində başlayan müharibənin zəif və dayanıqsız resurs bazasına malik Ermənistan iqtisadiyyatına dağıdıcı təsirləri qaçılmazdır. Artıq ötən 10 gün ərzində müharibə Ermənistan iqtisadiyyatının qısa və uzun müddətli inkişaf gözləntilərinə mənfi təsir etmiş, pandemiya səbəbindən hazırda mövcud olan resessiyanı daha da genişləndirib və dərinləşdirib.

Sfera.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, müharibəyə qədər olan dövrün göstəriciləri artıq bu ölkənin iqtisadiyyatının tamamilə çökmüş vəziyyətdə olduğunu əks etdirir. 2020-ci 2-ci rübündə ötən ilin eyni dövrünə nisbətən iqtisadi azalma 13,7%, işsizlik təqribən 20% təşkil etmiş, dövlət büdcəsində kəsir xarici borc hesabına maliyyələşdirilmiş, tədiyyə balansının cari və maliyyə hesablarında kəsirlər qeydə alınıb.

Müharibə yaranmış bu böhranlı vəziyyəti daha da dərinləşdirərək ermənistan iqtisadiyyatının bütün zaman çərçivələrində perspektivlərini darmadağın edəcək. Artıq beynəlxalq reytinq agentliyi "Fitch" Ermənistanın uzunmüddətli kredit reytinqini B+ səviyyəsinə endirib. Bu göstərici ölkənin kredit reytinqinin kafidən əhəmiyyətli dərəcədə aşağı, maliyyə vəziyyətinin isə əhəmiyyətli dərəcədə dəyişkən olduğunu göstərir. Bu fakt artıq beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın iqtisadi perspektivlərinin yenidən qiymətləndirildiyini sübut edir.

Müharibənin dərhal təsir edəcəyi və dərin böhranın lokomotivi olacaq əsas faktor isə məcmu tələbin böhranlara ən həssas komponenti olan investisya qoyuluşları olacaq. İnvestisiyanın müharibə dövründə kəskin azalması və ölkədən kütləvi şəkildə çıxması dərin makroiqtisadi qeyri-stabillik, işsizliyin kəskin artımı, kapitalın köhnəlməsi, məhsuldarlığın azalması və beləliklə potensial inkişaf ümidlərini heçə endirərək iqtisadi dayanıqsızlıq vəziyyəti yaradacaq.

Milli yığımın minimal səviyyəsi və dövlətin xarici borc cəlb etmə imkanlarının məhdudluğu (zəif "Fiscal Space”) daxili investisya imkanlarını məhdudlaşdırıb. Ölkə sabit dövrlərdə belə əhəmiyyətli həcmdə Birbaşa Xarici İnvestisya (BXİ) cəlb edə bilməmişdir. "Dünya investisiya hesabatı 2020”-nin məlumatına əsasən son 6 il ərzində Ermənistana cəmi 1.6 milyard ABŞ dolları həcmində BXİ yatırılıb (müqayisə üçün Azərbaycana 19 milyard ABŞ dolları). 2019-cu ilədək ölkəyə daxil olan BXİ həcmi isə cəmi 5.9 milyard ABŞ dolları olmuşdur (bu göstərici Azərbaycanda 32 milyard ABŞ dollarıdır).

Müharibənin yaratdığı kəskin mənfi gözləntilər isə BXİ nəinki ölkə iqtisadiyyatına cəlb edilməsinin qarşısını alacaq, hətta Ermənistandan sürətli birtərəfli axınını tətikləyəcək.

BXİ-nin Ermənistan iqtisadiyyatından sürətli çıxışı iqtisadi aktivlikdə fəlakət ssenarisi deməkdir. Əlavə olaraq, tədiyyə balansının maliyyə hesabında kəsirinin artması valyuta bazarında mövcud olan təzyiqi daha da gücləndirəcək. Müharibənin panik effekti də əlavə edildikdə Ermənistanın milli valyutası - dramın kəskin ucuzlaşması qaçılmaz olacaq. Bu isə sürətli inflyasiyaya səbəb olmaqla əhalinin sosial rifahına daha ciddi zərbə vuracaq. Bundan əlavə kapitalın köhnəlməsi, bilik və texnologiyanın ölkə iqtisadiyyatına transferinin olmaması ölkə iqtisadiyyatının inkişaf perspektivinin birdəfəlik itirilməsinə səbəb olacaq.

Qeyd edilənlər onu deməyə imkan verir ki, Ermənistan iqtisadiyyatına BXİ-nin cəlb edilməsini şərtləndirəcək amillər demək olar ki yoxdur:

- Siyasi qeyri-sabitlik və müharibə fonunda investorların təhlükəsizliyi təmin edilmir.

- Mövcud makroiqtisadi instabilliyin məzənnənin ucuzlaşması, sürətli inflyasiya, xarici borc dayanıqsızlığı, bank-maliyyə sektorunda dərin böhranla dərinləşməsi gözləntiləri mövcuddur.

- Daxili bazarın region ölkələrindən çox kiçik və yoxsul olması ilə yanaşı əlverişsiz coğrafi mövqe və blokada şəraiti səbəbindən xarici bazar potensialı demək olar ki yoxdur.

- Enerji təminatı, nəqliyyat və digər fiziki infrastrukturun bərbad vəziyyətdə olması səbəbindən istehsal və nəqliyyat xərcləri yüksəkdir.

- Mövcud bank-kredit sistemi, kredit faizləri, maliyyələşdirmə müddəti, girov şərtləri maliyyə əlçatanlığının əlverişsiz olduğunu göstərir.

- Dövlət orqanı səviyyəsində ciddi korrupsiya və müdaxilə halları mövcuddur.

- Səriştəli işçi qüvvəsinin olmaması ilə yanaşı, ölkənin əmək bazarı kəskin emiqrasiyaya məruz qalıb.

- Zəif olan biznes və investisiya mühitinin müharibə şəraiti ilə daha da çökmə ehtimalı yüksəkdir.

Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, yaxın və uzaq perspektivdə Ermənistan iqtisadiyyatında daxili investisiya qoyuluşlarının aşağı düşməsi fonunda xarici investisiyanın ölkədən birtərəfli hərəkəti davam edəcək. Nəticə etibarı ilə ölkədə iqtisadi kiçilmənin davam etməsi, yoxsulluğun artımı ilə bərabər uzunmüddətli dövrdə bütövlükdə inkişaf edən regionda yoxsulluq anklavına çevriləcək".

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...