"Ermənistanın məğlub olmasının əsas səbəbi..."- Keçmiş senator

"Ermənistanın baş naziri Nikol Paşinyanın "İsgəndər” operativ-tatiki raketlərinin yararsız olduğu və Qarabağda tətbiqi zamanı "10 faiz partladığı” haqda bəyanatı Rusiyada hiddətlə qarşılanıb. Axı söhbət Rusiyanın "dünyada analoqu olmayan” və həmişə Qərbi qorxutmaq üçün istifadə etdiyi silahlardan birindən gedir".
 
Sfera.az xəbər verir ki,bunu keçmiş senator və hərbçi Frants Klintseviç də Paşinyanın dediklərinə münasibət bildirib.

Senator bildirib ki, Ermənistanın Azərbaycanla müharibədə məğlub olması heç cür Rusiya raket kompleksləri ilə bağlı deyil.
 
"Çünki bu komplekslər ağıllı əllərdə etibarlı silahdır."

"Yerevanın o sayda "İsgəndər”ləri və onlara aid döyüş sursatları yoxdur ki, prinsipcə onları hansısa real hərbi vəzifənin istifadəsi üçün istifadə edəsən. Üstəlik bu kompleksləri düzgün istifadə eləmək lazımdır. Paşinyanın bəhs etdiyi uğursuz raket buraxılışına gəldikdə araşdırmaq lazımdır ki, nə problem olub. Ola bilsin problem şəxsi heyətin pis hazırlıq keçməsindədir”,-keçmiş senator qeyd edib.

Klintseviç vurğulayıb ki, Qarabağ müharibəsində Ermənistanın məğlub olmasının əsas səbəbi qüvvələrin bərabər olmaması idi. "Erməni qoşunları faktiki olaraq havadan qorunmurdu, Azərbaycan teplovizorlarla təchiz edilmiş türk zərbə pilotsuz təyyarələrindən istifadə edirdi. Bu pilotsuz təyyarələr hədəfləri-raket komplekslərini, tankları və digərlərini asanlıqla məhv edirdi. Çünki işləyən mühərrik temperatur verir. Hətta maskalanmış tankı müasir müharibədə gizlədə bilməzsən”,-F.Klintseviç deyib.

Keçmiş senator qeyd edib ki, bir tərəfdən də Ermənistan uzun müddət müharibə taktikasını seçə bilmədi. "Suverenlik, çoxqütblülük və müstəqillik oyunu oynayaraq, Qərbin xoşuna gəlməyə və eyni zamanda Rusiyanı istismar etməyə çalışaraq Paşinyan hər iki tərəfin işinə yaramaq istəyir. Lakin iki stulda oturmaq olmaz. Bu oyunların axırı yaxşı heç nə ilə bitmir. Bəli, Paşinyan Rusiyaya qulaq asıb müharibəni dayandırmaqla müdrik addım atdı, lakin o, bundan sonra da Qərblə oyun oynamağa çalışsa nəticəsi onun özü üçün də, Ermənistan üçün də çox ağır olacaq”,-Frants Klintseviç bildirib.

(Virtualaz.org)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...