Ermənistanın ədliyyə naziri də istefaya göndərildi
10:43 / 24.11.2020
595
Ermənistan hökumətində istefalar davam edir.
Sfera.az xəbər verir ki, ədliyyə naziri Rüstəm Badasyan da istefaya göndərilib. Bu barədə erməni KİV-ləri yazır.
Onun yerinə sabiq polis rəisi Ovanes Koçaryanın təyin olunması nəzərdə tutulsa da, o, bu vəzifədən imtina edib.
R.Badasyan nazir vəzifəsinə 2019-cu ilin iyununda təyin olunmuşdu.
Qeyd edək ki, ötən gün elm, təhsil, mədəniyyət və idman naziri Araik Arutyunyan istefaya göndərilmişdi. Daha əvvəl isə müdafiə naziri, xarici işlər naziri istefa vermişdi.