No Image

Ermənistanın 2016-cı ildəki məğlubiyyətinin “qapazaltısı” “təyin edildi”

Ermənistanın 2016-cı ildəki məğlubiyyətinin “qapazaltısı” “təyin edildi”
 

2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin darmadağın olmasının səbəblərinin araşdırılması üçün yaradılmış Ermənistan Milli Məclisinin İstintaq qrupunun işi yekunlaşmaq üzrədir. Hərbi fiaskonun əsas "qəhrəmanı” roluna böyük ehtimalla, Ermənistan silahlı qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Yuri Xaçaturov təyin olunacaq.

Sfera.az xəbər verir ki, 2016-cı ilin aprel ayında baş vermiş silahlı toqquşmaların səbəblərini araşdıran istintaq qrupu öz bir illik fəaliyyətinin və tədqiqatların nəticələrini yaxın vaxtlarda açıqlayacaq. Komissiya üzvlərinin rəyinə görə, aparılmış tədqiqatların nəticələrinə əsasən, bir sıra cinayət işlərinin qaldırılacağı istisna edilmir. Ermənistan xəbər agentliklərinin məlumatına görə, cinayət işi ilk növbədə, Ermənistan silahlı qüvvələrinin sabiq qərargah rəisi, general-polkovnik Yuri Xaçaturova qarşı qaldırılacaq. 

İstintaq qrupunun müəyyən etdiyi nəticələrdən biri də odur ki, həmin ərəfədə Moskvada keçirilmiş danışıqlar nəticəsində dörd günlük silahlı toqquşmanın dayandırılması üçün atəşkəs elan edilməsi haqqında yazılı sənəd və ya protokol aşkar edilməyib.

Xaçaturova sıralanan digər cinayət onun Ermənistana qayıtmasından sonra ali baş komandanlarına razılaşdırılmış sazişin nəticələrini məruzə etməməsi və bu haqda rəsmi protokolun təqdim olunmamasıdır. 

Görünür, dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ almış Nikol Paşinyanın "qara siyahısına” düşmüş erməni general məhz hakimiyyət uğrunda aparılan siyasi repressiyaların növbəti qurbanıdır. Ən gülməlisi isə odur ki, Xaçaturova qarşı səsləndirilən ittihamın formulirovkası belədir: Sən kiminlə və nə haqda razılıq əldə etmisən?

Gülməlidir, deyilmi? İstənilən dövlətin silahlı qüvvələrinin vəzifəcə ikinci adamının guya dövlət rəhbərliyinin xəbəri olmadan hansısa addım atması təbii ki, ağlasığmazdır və belə hal mümkün deyil.

Bizdən isə işğalçı ölkəyə həmişəki kimi məsləhət: heyvanlar aləmi haqqında televiziya verilişlərinə tez-tez baxın ki, təbiətin əsas qanunu olan "təbii sağqalma” instinktlərinin tələblərini biləsiniz. Çünki Ermənistanda hazırda baş verən siyasi proseslərin gedişatı da hakimiyyətdə ən güclü olanların qalacağını ehtimal etməyə əsas verir.

Erməni siyasətçilər isə hakimiyyətdə qalmaq üçün hər yola əl atırlar, yalan, alçaqlıq, satqınlıq kimi hallar onlar üçün adi məsələlərdir.
Xatırladaq ki, "MediaPost”un 15 sentyabr tarixində verdiyi "Ermənistan siyasətçiləri bir-birlərinin yalanlarını ifşa edirlər” başlıqlı yazıda 2016-cı ilin Aprel döyüşlərində Ermənistan silahlı qüvvələrinin darmadağın olmasının səbəblərinin araşdırılması üçün yaradılmış Ermənistan Milli Məclisinin İstintaq qrupunun sədri, "Mənim addımım” blokunun təmsilçi deputatı Andranik Köçəryanın Ermənistanda fəaliyyət göstərən radiostansiyalardan birinə verdiyi müsahibə zamanı Ermənistanın maraqlarına cavab verməyən fikirlər səsləndirməsinin işğalçı ölkədə növbəti qalmaqala səbəb olduğu barədə məlumat verilib.

(mediapost)

OXŞAR XƏBƏRLƏR

Bu tarixdə Azərbaycanda karantin qaydaları bitəcək

  Ümumdünya Səhiyyə Təşkilatı deyib ki, koronavirus pandemiyası 2 il və ya daha çox çəkə bilər. Lakin payızın sonunda da bu virusun bitəcəyi ilə bağlı fik...

DTX-nin tutduğu rəis həbsdən buraxıldı

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Faiq Bağırov ev dustaqlığına buraxılıb. Sfera.az-ı...

Kimlər hərbi təlimlərdə iştirakdan imtina edə bilər? - AÇIQLAMA

  Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan hərbi vəzifəlilərin müxt...

Fransız kəşfiyyatının erməni cəbhəsi – İzlər Marselə aparır

İrəvanın kürd terror təşkilatları ilə təmaslarının ifşa dalğası, eləcə də Livan ermənilərinin işğal altındakı Dağlıq Qarabağ ərazilərinə daşınması əməliyyatla...

İkinci Qarabağ müharibəsi başlayır ? - AÇIQLAMA

  İki gündür ki, Ermənistan ordusu Azərbaycanla cəbhə bölgəsinin Tovuz istiqamətində təxribatlarını davam edir. Sentyabrın 21-də Tovuz istiqamətində törəd...

Ordu bu maşınları sizdən ala bilər - Müharibə qanunları

  Müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutul...