“Ermənistandan başqa heç bir Qafqaz ölkəsində dini ayrıseçkilik halı müşahidə olunmur” - Açıqlama

“Ermənistandan başqa heç bir Qafqaz ölkəsində dini ayrıseçkilik halı müşahidə olunmur” - Açıqlama
Bu gün Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia ilə bağlı dinləmələr keçirilir.

Maraqlıdır, məhkəmə müsbət yöndə qərar qəbul edə bilərmi? Dinləmələrin bizim üçün əhəmiyyəti nədən ibarətdir?

Məsələ ilə bağlı Sfera.az-a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Ermənistanda dini və irqi ayrıseçkiliyin pik nöqtədə olduğunu deyib:
 
"Ermənistana qarşı qaldırılan bu iddia tamamilə obyektivdir. Heç kimə sirr deyil ki, Ermənistanda etnik qruplara, irqlərə qarşı ayrıseçkilik həyata keçirilir. Buna siyasi və hüquqi qiymət vermək lazımdır. Son illərin beynəlxalq araşdırmaçılarının statistikasında göstərilir ki, yəhudilərə qarşı Ermənistanda dözümsüzlük hansı yuxarı həddə çatıb. Digər etnik qruplara qarşı da hayların dözümsüzlüyü pik həddədir. Ermənistanda 99 faiz haylar yaşayırsa, bu, o deməkdir ki, ölkədə bu istiqamətdə ciddi problemlər var.
 
Qafqaz ölkələri adətən çoxmillətli olurlar. Ermənistandan başqa heç bir Qafqaz ölkəsində dini ayrıseçkilik halı müşahidə olunmur. Lakin təəssüflə demək lazımdır ki, beynəlxalq qurumların arxasında olan vacib ölkələr vaxtı ilə Ermənistan dövlətini bilərəkdən yaratmışdılar ki, orada müxtəlif etnik qruplara qarşı təzyiqlərdən istifadə etsinlər. Bu günə qədər də bu siyasət davam edir. Hazırda Azərbaycanın qaldırdığı məsələ çox ciddidir və bundan sonra da biz digər məsələlərlə əlaqədar Ermənistanı cavab verməyə sövq edəcəyik”. ­­­­
 
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR

Xalq artistinə AĞIR İTKİ - FOTO

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktyoru Yasin Qarayevə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, aktyorun qardaşı Çingiz dünyasını dəyi...

"Ukrayna NATO-ya üzv olmamalıdır" - Alyans üzvü olan daha bir dövlət ETİRAZ ETDİ

“Slovakiya Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmasına razı deyil”.   Sfera.az “TASS”a istinadən xə...

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi AÇIQLANDI

Milli Məclisin növbəti plenar iclası 19 apreldə keçiriləcək.   Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib. 1. Azərbayca...

ABŞ-Ukrayna münasibətləri GƏRGİNLƏŞİR: “Kiyev bu ssenariyə hazır olmalıdır”

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ölkəsinin Rusiyanın neft emalı zavodlarına təşkil etdiyi hücumlarla bağlı ABŞ-nin tənqidi fikirlərinə cavab verib. ...

Tanınmış tiktoker HƏBS EDİLDİ - FOTO

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıb.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirili...

Martda Azərbaycanın idxalı ixracdan çox olub – SƏBƏB

Azərbaycanın mart ayında həyata keçirdiyi xarici ticarət əməliyyatlarında idxalın ixracdan çox olması faktı qeydə alınıb. Bunun nəticəsində xarici ticarət balan...