Ermənistandakı revanşist fikirlər, aktivləşməyə çalışan "aktyor"lar... - Qarabağda sülhün təminatı üçün Qərbə ehtiyac var?

Ermənistandakı revanşist fikirlər, aktivləşməyə çalışan
Xəbər verdiyimiz kimi ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç beynəlxalq ictimaiyyətin Qarabağda sülhün bərqərar olmasında iştirakı vacibliyini dilə gətirib, yalnız Türkiyə və Rusiya ilə burada sülhü təmin etməyin mümkünsüz olduğunu vurğulayıb.
 
Bəs Qərbin prsosesə cəlb edilməsi vacibdirmi?   

Politoloq Nazim Cəfərsoy bu barədə Sfera.az-a açıqlamasında bildirdi ki, Kozlariçin açıqlaması Qərbin bölgəmizə marağının artdığını göstərir:

"Bu sayaq fikirlərilə gündəmə gələn Kozlariç bununla yeni Ağ Evi adminstrasiyasının bölgəyə maraq göstərməsinə çalışır. Bölgədə müxtəlif aktyorlar var - Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və müsbət rol oynaya biləcək Qərb. Düzdür,  44 günlük müharibə öncəsi və müharibə dövründə Qərb imtahandan uğurla çıxa bilmədi.  Bu dövrdə passiv qaldı”. 

Politoloq regionda sülhün təmin edilməsinə gəldikdə, bu prosesdə tək Rusiya ilə Türkiyənin fəal olacağını düşünmür: 

"Aydın məsələdir ki, burada başqa aktyorlar da aktiv olacaq.  Artıq İtaliya və İngiltərə bölgəyə maraq göstərdiklərini ortaya qoyub.  Qarabağa geri dönüş və bunun üçün şərtlərin hazırlanması məsələsində hər bir ölkə siyasi və iqtisadi motiv olaraq  öz maraq dairələrində yer almağa çalışacaq”.  

N.Cəfərsoy sülhün icrası üçün beynəlxalq monitorinqin yaradılması məsələsinə gəldikdə isə indiki şərtlər daxilində həmin təklifin faktiki gerçəkləşməsini qeyri-mümkün sayır: 

"Ancaq siyasi baxımdan bölgəyə Qərbin də göz dikməsi faydalıdır.  Regionumuzda müxtəlif aktyorların bir-birini balanslaşdırmasına, xüsusən də  Rusiya ilə bağlı tək Türkiyənin deyil, Qərbin də diqqətinə ehtiyac var.  Amma praktik olaraq monitorinq prosesinə hazırkı iki oyunçudan əlavə digərlərinin də cəlb edilməsi indiki şərtlər daxilində mümkün görünmür. 

Ancaq məsələnin siyasi müzakirəsi, iqtisadi investisiya hissəsində, sülhün təminatında və Ermənistandakı revanşist fikirlərin minimuma endirilməsində Qərbin iştirakının prosesə ciddi faydası dəyə bilər”.

Elçin
Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Mən itirdikcə qazandım" - Oksana

"İnsan itirdikcə qazanır... Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona... Ü...

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib.    Sfera.az-ın məlumatına görə, hadisə bu...

Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"yə qalib gələrək finala yüksəldi

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.   Sfera.az-ın məlumatına görə, yarımfinalın cavab matçında "Qarabağ" "Ne...

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...