Ermənistanda yüksək vəzifəli şəxs işdən çıxarılır - Bir ay əvvəl təyin olunmuşdu

Ermənistanda yüksək vəzifəli şəxs işdən çıxarılır - Bir ay əvvəl təyin olunmuşdu
Qarabağda aparılan döyüşlərdə Azərbaycana məğlub olan Ermənistan rəhbərliyi ölkənin güc struklarının idarəolunmasında da çətin vəziyyətə düşüb.

Sfera.az xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru postunu icra edən Mikael Hambartsumyan vəzifəsindən azad olunacaq. Bu barədə "aysor.am” portalına Ermənistan Prezidentinin köməkçisi Asmik Petrosyan məlumat verib. O bildirib ki, bununla bağlı baş nazir Nikol Paşinyan Prezidentə təklif edib.

"Fərman hələ imzalanmayıb”, - deyə Petrosyan bildirib.

Qeyd edək ki, M. Hambartsumyan cari il 8 oktyabr tarixində Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, son zamanlar Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının qərargah rəisi Qaqik Tevosyan, həmçinin Ədliyyə Nazirinin müavini Vahe Danielyan tutduqları vəzifədən azad olunublar.

OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...