Ermənistanda yoluxma artdı - Ölü sayı 8 mini ötdü
Dünya
10:57 / 22.01.2022
573
Ermənistanda son sutkada daha 940 nəfərdə COVID-19 aşkarlanıb.
Sfera.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 350 897-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 8 026 nəfərdir.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 520 nəfərdir. İndiyədək 334 109 pasiyent infeksiyadan sağalıb.