\"Ermənistanda sosial şəbəkə hesabından paylaşılan məlumatların ekspertizası ilə məşğul olan mərkəz var\"- RƏY

\
 

İctimaiyyət arasında şəhid saylarının gizlədildiyi müzakirə olunur və deyilir ki guya itkilər daha çoxdur. Bu əlbəttə ki, düşmən təxribatıdır. Ermənilər sosial şəbəkədə azərbaycanlı kimi özlərini aparıb saxta profillərlə məlumatlar yayırlar. Köhnə videoları da bu məqsədlə çoxdan hazırladıqları kanallar vasitəsilə öz dilimizdə paylaşırlar.
Ermənilərin bu kimi təxribatına qarşı siyasi arenada hansı adekvat cavablar verilməlidir və informasiya müharibəsində nələrə diqqət edək?

Bununla bağlı Sonxeber.az-a politoloq Nəzakət Məmmədova danışıb:

 

"Təbii ki müharibə olan dövlətlər arasında dezinformasiya psixoloji savaşın bir hissəsidir. Hazırda sosial şəbəkələrin rolunun yüksək olduğunu nəzərə alaraq cəmiyyətdə qarşıduran tərəfin sosial şəbəkədən istifadə imkanları var. Məsələn, Ermənistan mətbuatı Azərbaycan tərəfini ittiham edir ki, guya azərbaycanlılar saxta profillər açıb dezinformsiya yayırlar və s. Bildirim ki, hətta Azərbaycanda təəssüf ki, belə orqan yoxdur. İnformasiya müharibəsində psixoloji cəhətdən dayanıqlı, təmkinli olmalıyıq. İstənilən sosial şəbəkə istifфdəçisi, azərbaycanlı vətəndaşlar məlumatları paylaşarkən məsuliyyətli olmalıdır. Ümumiyyətlə hərbi məlumatlar paylaşılmamalıdır. Hadisə yerində video, foto materillar, səs yazıları və s. yayılmamalıdır. Heç bir infromasiya verilməməlidir. Çünki düşmən bundan istifadə edir. Onların müvafiq təşkilatları sosial şəbəkələrdə və cəbhəyanı bölgədələrdə işləyirlər. Hər kəs susmalı, rəsmi dövlət orqanlarının cavabını gözləməlidir".


OXŞAR XƏBƏRLƏR